Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... -PREZİDENTƏ MÜRACİƏT!

       Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 3 övlad atası, təqaüdçü, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin qanunsuz hərəkətlərindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Yenixeber.org: Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:
"Cənab Prezident! Sizin daxili və xarici siyasətinizi hər zaman bəyənərək, daima dəstəkləməyə hazırıq. Siz hər zaman vətəndaşların üzləşdiyiyi məmur özbaşınalığı barədə signal verməyi tövsiyyə edirsiniz.Mən bir təqaüdçü, ali təhsilli ziyalı, Qusar şəhər sakini kimi üzləşdiyim məmur özbaşınalığından Sizə signal və məlumat verirəm :
— Mən, Qusar şəhər sakini, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu 2003-cü ildə, Qusar rayonun Samur qəsəbəsi ərazisindən 12 ( on iki ) milyon pul ödəməklə 02 hektar torpaq sahə almışam. Həmin torpaq sahə 2003-cü ildən etibarən Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında hal-hazıra qədər mülkiyyətimdə olmaqla istifadəmdədir.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev cənabları 2024-ci ildə, 22 il ərzidə dövlət aktı əsasında mülkiyyətimdə, istifadəmdə olan 02 hektar torpaq sahəni təkrarən, 2-ci dəfə pul ödəməklə, həmin torpaq sahəni satın almağımı məndən tələb edir.
Mən bir şeyi anlaya bilmirəm, hansı əsasla, hansı Qanuna, qanunvericilik tələblərinə əsasən və nəyə görə, eyni bir torpaq sahəni 2-ci dəfə pul ödəməklə Əmlak Məsələləri Dövlət Xidmətindən satın almalıyam ?
Azərbaycan Respublikasının belə bir Qanunu, qanunvericilik tələbləri mövcuddurmu ?
Mən bir vətəndaş, ali təhsilli ziyalı kimi hesab edirəm ki, eyni bir torpaq sahənin 2 dəfə pul ödənilməklə satın alınması barədə Azərbaycan Respublikasının belə bir Qanunu və qanunvericilik tələbləri mövcud deyildir.
Hörmətli cənab prezdent !
Üzləşdiyim məmur özbaşınalığının araşdırılması, hüquqi cəhətdən qiymətləndirilməsi, vətəndaşların Qanunla qorunan Konstitusiya hüquqlarını bilərəkdən, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə məhdudlaşdıran məmurlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi və problemimin həlli məqsədiə aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən dönə-dönə xahiş edirəm".(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam