Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

KEÇMİŞ SƏFİR RƏFAEL İBRAHİMOVUN AVROPADA TOPDAĞITMAZ SƏRVƏTİ ÜZƏ ÇIXDI -Şirkətlər, otellər, villalar, çirkli pullar...

KEÇMİŞ SƏFİRİN AVROPADA TOPDAĞITMAZ SƏRVƏTİ ÜZƏ ÇIXDI - Şirkətlər, otellər, villalar, çirkli pullar...

Azərbaycanın 2001-2007-ci illərdə Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olmuş Rəfael İbrahimov seksual təzyiqdə ittiham olunur. Çester Krallıq Məhkəməsi onu 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.

Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş səfir Rəfael İbrahimovun övladlarının Londondakıçoxmilyonluq əmlaklara necə sahib olduqlarını araşdırıb.

Həmin araşdırmanı təqdim edirik:

"Britaniya Şirkətlər Evində Azərbaycanın sabiq səfirinin övladlarının - Ayaz və Hanuşkanın adı bir neçə şirkətdə təsisçisi kimi qeyd olunur. Bəli, təəccüblənməyin, bizim sabiq səfirin qızının rəsmi adı Hanuşkadır. O, Sergey Toni adlı Monakoda oturum izni olan Rusiya əsilli şəxslə evləndikdən sonra Hanuşka Toni ad-soyadını daşıyır.

Sənədlərə görə keçmiş səfirin həyat yoldaşı Dinara İbrahimova, oğlu Ayaz İbrahimov, qızı Hanuşka Toni və kürəkəni Sergey Toni 2019-cu ilin martında THE VESTIARY LIMITED şirkətini təsis ediblər. 2020-ci ilin noyabrında şirkətin adı SELLIER LTD-yə dəyişdirilib. Fəaliyyəti dövründə sabiq səfirin ailə üzvləri gəlirsiz göstərsələr də onlar əmlak şirkətinə 2 milyon funt-sterlinq sərmayə qoyublar. Üstəlik, Hanuşka və anası Dinaranın Londonda çanta mağazası var. Dinara və Hanuşka hələ 2017-ci ildə Londonda brend saatlar və qızıl-brilyant satışı ilə məşğul olan WHYTE DIAMONDS LIMITED şirkətini təsis etsələr də 2 il sonra onu bağlayıblar.

Rəfael İbrahimov hələ Böyük Britaniyada səfir kimi fəaliyyət göstərdiyi 2004-cü ildə həyat yoldaşı Dinara İbrahimova Londonda Beynəlxal Bankın keçmiş prezidenti Cahangir Hacıyevin yaxın adamı Rüfət İmamverdiyevlə RIXON LIMITED-i təsis edib.

Rüfət İmamverdiyev vaxtilə Beynəlxalq Bankın London ofisinin rəhbəri olub. Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir.

 

 

Sabiq səfirin oğlu Ayaz İbrahimov isə Antoni Georgi Eugene Foyle ilə 2016-cı ilin mayında təsis edilən “37 BOLTON GARDENS (FREEHOLD) LIMITED” adlı əmlak şirkətinin təsisçiləridir. Bu şirkət də faktiki gəlirsiz fəaliyyətdədir və Britaniyada çirkli pulların yuyulmasında iştirak etməsi şübhəsi doğurur.

Hanuşka ötən ilin martında Londonda daha bir şirkət- “JUICE MOMENT LTD”-ni təsis edib.Onun adı atasının məhkəməsi ərəfəsində, yəni ötən ilin oktyabrında ləğv edilmə prosesinə başlanılan LUXDECO LTD şirkətinin təsisçiləri sırasında da keçir. Şirkət Londondakı eyniadlı lüks mebel mağazasını idarə edib.

Keçmiş səfirin qızının adı Xanım İbrahimova olaraq Rutland Geyt 25-də hüquqi ünvanda qeydiyyatda olan və əri Sergey Toninin təsisçisi olduğu BRUNSWICK ROSE LIMITED şirkətində də keçir. Şirkətin aktivləri 2 milyon funt-sterlinqə çatır.

İbrahimov - Tonilər ailəsi Londonda lüks həyat sürürlər. Atası 2015-ci ildə Hanuşkaya ad günü münasibətilə "Aston Martin" markalı bahalı avtomobil alıb.

Dinara İbrahimovanın çanta kolleksiyasından cəmi 3 ədədinin qiyməti 122.000 avrodur.

Keçmiş səfir voronejli iş adamı, Rusiya Dəmiryolları Tikinti İdarəsinin direktor müavini olmuş Oleq Toninin qudasıdır. Onun kürəkəninin adına Parisdə mənzili, İspaniyanın Aralıq dənizi sahilində mülklər var. Əmlaklarının bir çoxu Lüksemburqda qeydiyyatdan keçmiş gizli şirkətlərə məxsusdur.

Ümumilikdə onun Avropada ən azı 50 milyon avro dəyərində daşınmaz əmlaka və digər aktivlərə sahib olduğu məlumdur. Bu siyahıya Paris yaxınlığındakı 19-cu əsrə aid neo-qotik saray, Luvr və Arc de Triomphe arasında mənzil, Parisdə iki villa, İspaniyanın Aralıq dənizi sahilində üç ev, üç mənzil, bir villa və torpaq, Almaniyada bir depo, İsveçrədə otel daxildir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam