Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

FİDAN-TN MMC-ni Sanitariya və Teniki Təmizlik İdarəsinə nə bağlayır? -Palatadan açıqlama

Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsi 2025-ci ilin fevral ayının 4-də ""Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 
Yenixeber.org: Bu satınalmanın məbləği 182.926 manat təşkil edib. 
Tenderdə Fidan-TN MMC qalib elan edilib. 
Fidan-TN 2006-cı ildə təsis edilib.
 
4 manat nizamnamə kapitalı olan bu şirkətin maddi-texniki bazası, faktiki ünvanı barədə internet resurslarında məlumat yoxdur. 
 
Fidan-TN şirkəti Sanitariya və Teniki Təmizlik İdarəsinə yad təşkilat deyil. Belə ki, Fidan-TN şirkəti 2019-cu ildən müntəzəm olaraq Sanitariya və Teniki Təmizlik İdarəsinin tenderlərində qalib elan edilir. 
 
 
Şirkət indiyədək İdarənin ümumilikdə 1.685.543 manatlıq tenderində qalib olub.  
Fidan-TN MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Calal oğludur. Ələsgər Hüseynovun Masallı rayonunun Həsənli kəndindən olduğu deyilir. 
FİDAN-TN şirkətinin müntəzəm olaraq Sanitariya və Teniki Təmizlik İdarəsinin sifarişçi olduğu satınalmalarda qalib elan edilməsi məsələsinə Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. 
Sanitariya və Teniki Təmizlik İdarəsində Hesablama Palatasının audit aparıb-aparmaması barədə quruma müraciət etdik. 
 
 
Hesablama Palatasının cavabında deyilir: 
 
"Bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2022-2024-cü illər ərzində Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsində auidit həyata keçirilməmişdir".
 
 
Mübariz Hüseynov
 
Qeyd edək ki, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovdur.(qlobal.az)
Cahandar Laçınlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam