Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Natiq Sadıqov və Anar Aslanov arasında kəskin münaqişə! -İLGİNC

Natiq Sadıqov və Anar Aslanov arasında kəskin münaqişə!


“SHAURMA N1” restoranlar şəbəkəsinin sahibi olan Aqil Babayevin işi ətrafında qalmaqallı əməlləri ilə gündəmi zəbt edən Natiq Sadıqov və Anar Aslanovun başçılıq etdiyi cinayətkar dəstənin planları ifşa olunaraq fiaskoya uğraması nəticəsində dəstə başçısı olan bu iki kəs arasında ədavət kəskin hal alıb.

Yenixeber.org: Uzun müddətdir paylaşdığımız yazılarda gah Natiq Sadıqov gah da, Anar Aslanovun təşəbbüsü ilə hazırlanan planlanlar ifşa olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Aqil Babayevin məhkəmə prosesinə müdaxilə etmək planları bir nəticə vermədiyindən, tərəflər arasında mübahisə yaranıb. Yaranmış mübahisə bir neçə uğursuz planların ifşasından sonra münaqişə halına çevirilib. İctimayyətin və müvafiq dövlət qurumlarının diqqət mərkəzində olan bir işdə adları biabırçı bir formada hallanan dəstə başçılarının nüfuzu və durumu get gedə pisləşdiyindən, Natiq Sadıqov və Anar Aslanov arasında hal hazırda kritik bir münaqişə yaşanır.

Qalmaqllı hadisələrin iştirakçısı olan bu cinayətkar dəstə başçıları törətdikləri planların uğursuzluğunda bir-birilərini günahlandırmaqlaaz qala əlbəyaxa olsunlar!Görünür, Aqil Babayev və onun müdafiəçilərinin apardığı qətiyyətli müdafiə tədbirləri nəticəsində bu cinayətkar dəstənin məkrli planları uğursuzluğa düçar olaraq,onların acı sonunun yaxınlaşmasına səbəb olub. Bununlada törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunma qorxusu bu iki nəfərin canına vəlvələ salıb.

Əməllərinin ifşa olunması nəticəsində onları hansı aqibət gözlədiyini göz önünə alan Natiq Sadıqov və Anar Asalanov artıq öz şəxsi mənafeləri uğrunda mübarizə aparmağa vadar olublar.

Aqil Babayevin ailə üzvləri və müdafiəçiləri öz müvəkkilərinin hüquqlarını qanun çərçivəsində müdafiə etməkdə israrlıdırlar və sona qədər mübarizəni aparmağa davam edəcəklər. Azad media qurumu olaraq, biz də onlara mütəmadi dəstək göstərərək,bu işdə baş verən qanunsuzluqları və təzyiq hallarını ölkə rəhbərliyinin və ictimaiyyətin diqqətinə çatdırmağı qarşımıza məqsəd qoymuşuq.(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam