Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi… -İLGİNC

“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır?

Yenixeber.org: 19 saylı Yol İdarəsinin müdiri Nazim Eynallı ilə keçmiş katibəsi haqqında ölkə mediasında yayılan məlumatlar hər kəsə məlumdur. Biz məlum məsələnin etik çalarlar əxz etdiyini nəzərə alaraq Nazim Eynallı ilə bağlı bu olaydan bəhs etməyəcəyik. Lakin 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində yaşanan çoxsaylı qanunsuzluqlar var ki, bu barədə əlaqədar qurumların məlumatlanmasına və zəruri tədbirlər görməsinə ehtiyac var.
Məlumat üçün qeyd edək ki, Nazim Eynallı 19 saylı Yol İdarəsini faktiki olaraq ölü canlar idarəsinə çevirib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, bu gün həmin idarədə adı getsə də, həmin idarənin yerini belə tanımayan xeyli şəxs var. Bu şəxslərin bir qismi Nazim Eynallının yaxın qohumlarından ibarətdir. Bura Nazim Eynallının xalası oğlu, əmisi nəvəsi və digər yaxın qohumları daxildir. Hansı ki, qanun dövlət büdcəsindən maliyyələşən idarədə rəhbər vəzifədə tutan şəxsin qohularının həmin qurumda işləməsini qadağan edir. Asfalt hazırlanması üçün gərəkli olan xammalın müxtəlif yollarla mənimsənilməsi, asfalt örtüyünü lazımi standartların altında çəkməklə yüz minlərlə vəsaitin mənimsənilməsi də Nazim Eynallıya xas fəaliyyət üsullarındandır. Nazim Eynallı asfalt örtüyünün yenilənməsindən də böyük vəsaitlər əldə etməkdədir. Yolların qaşınması nəticəsində əldə edilən asfalt tullantısının hər maşınını 150-200 manata satan Nazim Eynallı, iş adamları, sahibkarlarla təmasa girərək onların şəxsi obyektlərinə asfalt çəkir, ictimai əhəmiyyətli yol və küçələrin isə asfaltlanmasından imtina edir.
Nazim Eynallı həm də “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov əleyhinə fəal iş aparan idarə müdirlərindən hesab olunur. Bu haqda daha ətraflı informasiya təqdim edəcəyik.
MƏNBƏ:https://cumhuriyyet.az/2025/01/22/katib%c9%99-qalmaqali-il%c9%99-gund%c9%99m%c9%99-g%c9%99l%c9%99n-nazim-eynallinin-olu-canlar-idar%c9%99si/?fbclid=IwY2xjawH9gf5leHRuA2FlbQIxMQABHUWz1_2-4xFu7yXSWxUfe3-Uxz1Rt1Ryx8xcCwJDoxy9mwa7xemINTwmEw_aem_8dFlyGnQC_RAk2Btt3V8Jw

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam