Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı? -AÇIQLAMA

bitmap-img6
Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov cinayət məsuliyyətinə cəlb edilib.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Mir Heydər İsmayılov iki nəfərin 810 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməktə ittiham edilir.
İş üzrə iki nəfər-Məhərrəm Səfərov və Hacı Əsgərov zərərçəkmiş qismində tanınıb. 
İttihama görə, Mir Heydər onlara Bakıda asan yolla torpaq almağa kömək edəcəyi ilə bağlı yalan vəd verib. Zərərçəkmişlər isə aldanıldıqlarını bildikdən sonra polisə şikayət ediblər.
Akademikin oğlu xüsusilə külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə Mir Heydər eyni məhkəmənin hakimi Günel Səmədovanın qərarı ilə ev dustaqlığına buraxılıb.
Fotoda: Tofiq İsmayılov

Hazırda zərərçəkmiş şəxslər sonuncu qərardan narazıdırlar. Onlar hesab edir ki, dəymiş ziyandan heç nə ödənilmədiyi halda təqsirləndirilən şəxsin həbsdən azad edilməsi düzgün deyil. Həmçinin şəxsin istintaqdan yayınma ehtimalı da var.
Ağır cinayətdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasının əsaslarını öyrənmək üçün Səbail Rayon Məhkəməsinə sorğu göndərdik. Məhkəmədən saytımıza belə cavab verildi: “Təqsirləndirilən şəxs İsmayılov Mir Heydər Tofiq oğlunun ziyanı qismən ödəməsi və sağlamlıq vəziyyəti, habelə ürəyinə əməliyyat vasitəsilə cihazın yerləşdirilməsi məhkəmə tərəfindən nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbsdən azad edilib”.
Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı qərardan artıq apellyasiya şikayəti də veriblər.
Qeyd edək ki, T.İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.(“Qafqazinfo”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam