Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib –Bu necə olur Məmməd Abbasbəyli?
Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi abadlıq işləri üzrə avadanlıqların alınması üzrə keçirdiyi açıq tenderə yekun vurub.
Yenixeber.org: Müsabiqənin qalibi “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 222.562,36 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 20.12.2024-cü ildə dərc edilib.
Müqavilənin başlanma tarixi 19.12.2024 -cü il, bitmə tarixi 30.12.2024-cü ilə müəyyən edilib. Şərtlər toplusunun məlumatlarında müsabiqənin 18.11.2019 -cu ildə başladığı, zərflərin açılış tarixi isə 20.12.2019-cu il göstərilir.
Qeyd edək ki, “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-2022-ci ilin fevral ayına Mədəniyyət, Səhiyyə, Təhsil nazirlikləri və onlara tabeli qurumlar tərəfindən keçirilmiş yüzlərlə açıq tender və kotirovka sorğusunun qalibi olub.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “İNPEKS.N” (VÖEN 1601862631) MMC 06.06.2013-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, TOFİQ ABBASOV, ev 13, m. 34, qanuni təmsilçisi isə Qasımov Elşən Soltan oğlu olduğu göstərilir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 2019021060970100 nömrəli, 26.08.2020-ci il tarixli Qərar qəbul edib. Hazırki günə MMC-nin dövlətə 948 791.05 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 01.12.2023-cü ildə olub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “İnpeks.N” MMC həm riskli vergi ödəyicisidir, həm də külli miqdarda verği borcu var. Belə olan halda Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi satınalmanın təşkili zamanı “İnpeks.N” MMC-nin tenderdə iştirakına necə yol verib? Maraqlıdır, satınalmalara birbaşa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Odur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Məmməd Abbasbəylilidən soruşmaq istəyirik. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin satınalmalarda yol verdiyi bu qanun pozuntularına lim və hansı əsalarla yol verib?
Xatırlatmaq istərdik ki, “İnpeks.N” MMC yalnız Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə 25.05.2017-ci ildən 30.12.2019 -cu ilə qədər ehtiyat hissələrinin satınalınmasından tutmuş, təsərrüfat mallarının satınalınması, abadlıq işləri üzrə avadanlıqların satın alınması, asfalt örtüyü işlərinin görülməsi, mənzil fondunun təmir işləri,xüsusi geyimlər alınması, ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin mal-material və xususi geyimlərlə təmin edilməsinin satınalınmasına qədər ümumi dəyəri 3 656 601 manat olan 22 satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovdu. O, hələ Hacıbala Abutalıbovun 1995-2000-ci illərdə Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dönəmlərdən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışır. Mais Məmmədov 2005-2019-cu illərdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş İlqar Abbasovla da yüksək səviyyədə işbirliyi həyata keçiriblər. 12 noyabr 2019-cu il tarixdən 08 İyul, 2024 -cü ilə qədər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı işləmiş Əziz Əzizovla dil tapa bilib. 8 iyul 2024-cü ildə rayona yeni təyin olunmuş Adil Əliyevlə hə hələ ki işləyir. Artıq 30 ilə yaxın bir müddət ərzində Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən Mais Məmmədovun fəaliyyəti isə göz qabağındadır. Onun və qardaşlarının tutduqları vəzifələr hesabına əldə etdikləri imkanlar barədə dövrü mətbuatda çox yazılıb.Yayılan informasiyalara görə,tək o, tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbə və ərazilərində biznes obyektləri tikdirib. Mais Məmmədovun bunları hansı yollarla əldə etdiyinə gəlincə.Təbii ki,rayon ərazisində təmir-tikinti, abadlıq və digər işlərin görülməsi üçün büdcədən ayrılmış dövlət vəsaitlərinin silinməsi hesabına…(aktualinfo.org)