Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – MÜƏMMALI


Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-nin vergi borcu 125 min 411 manat 12 qəpiyə çatıb.
Yenixeber.org: “Xaliq Faiqoğlu” MMC-nin böyük həcmdə vergi borcunun olmasına baxmayaraq, şirkət həm də Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Passiv” vergi ödəyicisi kimi qeydə alınıb.
Qeyd edək ki, mətbuatda yer alan məlumatlarda vergi orqanında “Passiv” vergi ödəyicisi kimi qeydiyyatda olan “Xaliq Faiqoğlu” MMC-nin hazırda aktiv fəaliyyət göstərdiyi görülür.
Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” MMC-nin mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab ala bilmədik.
Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Paytaxt ərazisində 18, 61, 65, 79, 85, 96 saylı marşrut xətlərinin sahibi olan “Xaliq Faiqoğlu” MMC-nin uzun müddət dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub. Hazırda isə “Xaliq Faiqoğlu” MMC-nin 116 min 834 manat 5 qəpik vergi borcu var. Bu şirkətə rəhbərlik edən Seyidov Faiq Sadıq oğlu eyni zamanda “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam