Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Seçkidən-seçkiyə görünən deputat: Malik Həsənovun obyektlərinin –SİYAHISI

Seçkidən-seçkiyə görünən deputat: Malik Həsənovun obyektlərinin – SİYAHISI
Hakim partiyanın 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədi Malik Həsənovdur. 
Yenixeber.org: Xatırladaq ki, o, Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır. Əslən cəlilabadlı olan Həsənovları yerli camaat yaxşı tanıyır. Onların rayonda və ölkə üzrə böyük biznes imkanları var. Malik Həsənov IV, V, VI çağırış deputat olub. Yəni 15 ildir ki, parlamentdədir. Onun yenidən mandat sahibi olacağı ehtimalı yüksəkdir. Amma Cəlilabad camaatı deputatın üzünü seçkidən-seçkiyə görür. Onlar qeyd edirlər ki, Malik Həsənov 9 avqustdan 31-dək görünəcək, sonra yenə 5 il onu tapmaq mümkün olmayacaq. Yeri gəlmişkən, Malik Həsənov parlamentin susqun deputatlarından biridir. Onun hər hansı çıxışını və ya mətbuata açıqlamasını görmək mümkün deyil.
O da deyilir ki, “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. O, 2007–2010-cu illərdə “Azinko holdinq” tikinti şirkətinə rəhbərlik edib. İndi də şirkət onun nəzarətindədir.(tribunainfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam