Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Elnur Allahverdiyevin YAP-ın siyahısında olmamasının səbəbi -İLGİNC

Biznesmen deputat, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədliyini verməməsi maraqla qarşılanıb.
Yenixeber.org: VI çağırış Milli Məclisdə 17 saylı Yasamal üçüncü seçki dairəsini təmsil edən E.Allahverdiyevin adı hakim partiyanın siyahısında açıqlanmayıb. Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, növbədənkənar parlament seçkiləri elan edildikdən sonra E.Allahverdiyevin nümayəndələri müvafiq seçki dairəsinə yaxınlaşaraq lazım olan sənədləri götürüblər: “Lakin YAP-ın siyahısında adı açıqlanmayan Elnur Allahvediyev namizədliyini bitərəf kimi də verməyib. Bəzi məlumatlara görə, o, vəzifəyə gedəcək. Hansı vəzifəyə gedəcəyi ilə bağlı dəqiq bilgimiz olmasa da, onun prezidentin köməkçilərindən biri ilə çox yaxın, dost münasibətlərinin olduğu bildirilir. Məhz o xəttlə də vəzifəyə gedəcəyi deyilir”.
Qeyd edək ki, E.Allahverdiyev deputat olana qədər də yüksək vəzifələrdə çalışıb. Belə ki, o, 2014–2019-cu illərdə Sloveniya Respublikasının Azərbaycan Respublikasında fəxri konsulu, 2017–2020-ci illərdə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri olub. 2018-ci ildən “Azercell” Şirkəti Müşahidə Şurasının sədridir.
Milli Məclisin saytındakı tərcümeyi-halında göstərilir ki, E.Allahverdiyev 2001–2020-ci illərdə “ABCTelecom” (“Kontakt Home”) MMC-nin baş direktoru vəzifəsində çalışıb. Mediada onun deputatlıq dönəmində də biznesi idarə etməsilə bağlı kifayət qədər məlumatlar var.
Mövzu ilə bağlı E.Allahverdiyevin mövqeyini almaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Onun telefonuna etdiyimiz zənglərə cavab ala bilmədik.(Afn)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam