Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Sahibkarlığın İnkişaf Fondunun tender oyunu -NONSES

Azərbaycanda sahibkarlığın inkişafına yardım etmək, onların problemlərini araşdırmağa, habelə imkanlarını artırmaq üçün dəstəyin verilməsinə məsul olan Azərbaycan Respubliksaı Sahibkarlığın İnkişaf Fondu Publik Hüquqi Şəxs intellektual oyunların keçirilməsinə vəsait ayırıb.

Yenixeber.org: Rəsmi məlumatlara əsasən, Fond “İntellektual oyunların təşkili xidmətinin təkrar satınalınması” üçün “FİBONACCİ” MMC ilə anlaşma əldə edib.
20.296 manatlıq tenderin qalibi olan şirkət bunun müqabilində tədbirin mövzusunun və formatının hazırlanması və idarə edilməsini, oyunlar aparıcı, oyun alətləri və oyun ekspertləri daxil olmaqla təşkil etməlidir. Bu məbləğə 225 nəfərə qəlyanaltı verilməsi də daxildir.
Qeyd edək ki, Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri Osman İsmayıl oğlu Xaliyevdirdir. Bu qurumun əsas missiyası sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi, ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsinə dəstək verməkdir.
Onu da qeyd edək ki, hələ 11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.
Ölkədə böyük bir missiyası olan bir qurumun sahibkarlara yardım etmək əvəzinə, iqtisadiyyata heç bir faydası olmayan intellektual oyun keçirməsi başadüşülən deyil. Ola bilər ki, Fondun rəhbərliyində kimsə “Kim? Necə* Harda?” oyununun həvəskarıdır. Amma bu o demək deyil ki, dövlətin pullarını kiminsə istəyinə və həvəsinə uyğun şəkildə xərcləmək haqqı var.
Tenderdə intellektual oyunlar üçün ayrılmış (özü də təkrar ayrılıb) vəsaitlə hansısa kiçik sahibkarı ayağa qaldırmaq, onun fəaliyyətini stimullaşdırmaq mümkün idi. Görünən isə odur ki, hansısa məmurun zövqünə və istəyinə xərclənib.(Tribunainfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam