Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mətin Eynullayevə qarşı Elçin Yusubovla Taleh Bəşirov ittifaqının Novxanı əməliyyatı –VİDEO

 
Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daxili qarşıdurma pik həddə çatıb. Buna səbəb Xidmət rəisinin müavini Elçin Yusubovun öz rəisi Mətin Eynullayevi devirmək cəhdidir.
Yenixeber.org: Bununla bağlı redaksiyamıza verilən məlumata görə tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Mətin Eynullayevin Elçin Yusubova yetərincə səlahiyyət tanımasına baxmayaraq, rəis müavini bununla kifayətlənmək niyyətində deyil. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxslər isə Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarov və Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovdur.
Nə qədər inanılmaz görünsə də, Elçin Yusubov nisbətən “aşağı eşalon”dan olan bir çox şəxsi də öz tərəfinə çəkməyi, onların Mətin Eynullayevə qarşı səflərdə yer almasını vacib bilib.
Rəis müavini öz məqsədinə çatmaq üçün Mətin Eynullayevin “kabinet məmuru” obrazını yaratmağa da xüsusi səy göstərir. Prezident İlham Əliyevin məmurları aktiv olmağa, xalqla bilavasitə təmas qurmağa, xalqın “ayağına getməyə” səsləməsi fonunda Mətin Eynullayevin klassik məmur obrazının yaradılması Xidmət rəisini ali siyasi hakimiyyət qarşısıdna gözdən salmağa hesablanıb. Xidmət rəisinin müavini Elçin Mustafa oğlu Yusubovun ətrafında formalaşdırdığı komandanın əməlləri dəhşət yaradır. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq: Taleh Bəşirova avtomobili niyə, şöbə müdirinin hansı xidmətlərinə görə bağışlayıb? Bu “ürəyiaçıqlığın” Taleh Bəşirovun onun adına keçirdiyi torpaq sahələri ilə nə kimi əlaqəsi var?
Bu arada Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub. Hadisəylə bağlı əldə etdiyimiz məlumata görə, artıq zəbt olunmuş ərazidə məcburi köçkünlərə məxsus 4 yardımçı təsərrüfat sökülüb. Həmin təsərrüfatın içindəki əşya və avadanlıqlar isə ortalıqda qalıb və məcburi köçkünlər onları qoymağa yer tapa bilmir. Ərazidəki bir evin taleyi isə sual altıdnadır. Belə ki, evin sahibindən evi təcili şəkildə tərk etmək tələb olunub. Bildirilib ki, “ev plana düşüb” və buna görə də ən qısa zamanda söküləcək. Evdə məskunlaşan məcbur köçkünə isə məsləhət görüblər ki, özünə kirayə axtarsın və əşyalarını ən qısa zamanda buradan çxıarılsın. Hazırda zəbt edilən ərazinin hasaralanması prosesi gedir. Artıq hər tərəfdən ərazinin iki metrə yaxın hündürlükdə daş hasarlıa əhatələndiyi bildirilir. Tikinti işi gecə saatlarında projektor işığında belə davam dir ki, bu da əraziyə əl qoyan iş adamının hasarlama prosesini mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyindən xəbər verir.
Baş verənlərlə bağlıı redaksiyamıza məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindilər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək. Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müarciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq dövlət başçısına müraciət edəcək.
Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir. Məlumat üçün qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam