Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əmlak Komitəsində Mətin Eynullayevə qarşı Elçin Yusubovla Taleh Bəşirov ittifaqı -DE-FAKTO

         Əmlak Komitəsində Mətin Eynullayevə qarşı Elçin Yusubovla Taleh Bəşirov ittifaqı
Yenixeber.org: Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daxili qarşıdurma pik həddə çatıb. Buna səbəb Xidmət rəisinin müavini Elçin Yusubovun öz rəisi Mətin Eynullayevi devirmək cəhdidir. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Mətin Eynullayevin Elçin Yusubova yetərincə səlahiyyət tanımasına baxmayaraq, rəis müavini bununla kifayətlənmək niyyətində deyil. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxslər isə Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarov və Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovdur. Nə qədər inanılmaz görünsə də, Elçin Yusubov nisbətən “aşağı eşalon”dan olan bir çox şəxsi də öz tərəfinə çəkməyi, onların Mətin Eynullayevə qarşı səflərdə yer almasını vacib bilib.
Rəis müavini öz məqsədinə çatmaq üçün Mətin Eynullayevin “kabinet məmuru” obrazını yaratmağa da xüsusi səy göstərir. Prezident İlham Əliyevin məmurları aktiv olmağa, xalqla bilavasitə təmas qurmağa, xalqın “ayağına getməyə” səsləməsi fonunda Mətin Eynullayevin klassik məmur obrazının yaradılması Xidmət rəisini ali siyasi hakimiyyət qarşısıdna gözdən salmağa hesablanıb. Xidmət rəisinin müavini Elçin Mustafa oğlu Yusubovun ətrafında formalaşdırdığı komandanın əməlləri dəhşət yaradır. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq: Taleh Bəşirova avtomobili niyə, şöbə müdirinin hansı xidmətlərinə görə bağışlayıb? Bu “ürəyiaçıqlığın” Taleh Bəşirovun onun adına keçirdiyi torpaq sahələri ilə nə kimi əlaqəsi var?
Maraqlıdır ki, Mətin Eynullayev Elçin Yusubovun “qiyam hazırlığından” xəbərdar olsa da, müavininə qarşı sərt addımlar atmaqdan çəkinir. Bunun isə əsas səbəblərindən biri Elçin Yusubovun hazırda hakimiyyətin yuxarı eşalonunda təmsil oluna bir çox şəxslərlə yaxın dostluq münasibətinə malik olmasıdır. Lakin bununla yanaşı, Mətin Eynullayev də Elçin Yusubov və onun komandasına qarşı bəzi “profilaktik” tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri Elçin Yusubova xüsusi yaxınlığı ilə seçilən Eldəniz Qafarov və Taleh Bəşirovun şöbə müdiri vəzifəsində birdəfəlik təsdiq edilməməsidir. Hər iki məmur şöbə müdiri vəzifəsini xeyli müddətdir ki, müvəqqəti icra edir ki, bu da Xidmət rəisinin onlara etimad göstərməməsinə dəlalət edir. Bir sözlə, yaxında Əmlak Məsələləri Dövlət Xidmətində daxili mübarizənin daha da şiddətlənəcəyi ehtimalı böyükdür. Bu mübarizədə qalib gələn hər kəs şəriksiz olaraq “hər şeyə” sahib olacağı kimi, məğlub olan tərəf bugünə qədər sahib olduğu hər şeylə vidalaşmalı olacaq.
(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam