Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Vəkillər Kollegiyasının üzvləri niyə özlərinə qəsd edirlər -TƏFƏRRÜAT

        Azərbaycan Vəkillər Kollegiyasının üzvləri niyə özlərinə qəsd edirlər - TƏFƏRRÜAT
Yenixeber.org: 2023-cü il həm böyük və qürurverici hadisələrlə yadda qaldı, Xankəndi, Xocavənd, Ağdərə, Xocalı, Əsgəran rayonıarının və diğər kəndlərimizin separatçı qüvvələrdən təmizlənməsi xalqımıza böyük bayram -əhval ruhiyyəsi yaratdı. Xüsusən, erməni separatçılarının tutularaq Bakı həbsxanasına salınması bu terrorçuların cəzalanmasına şərait yaratdı. Beləcə 2023-cü il xoş xatirələr ili olaraq tarixə keçdi. Bunun üçün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Qazilərimizə isə Allahdan can sağlığı arzulayırıq.

               İlin ilk günü

2024- Ilin ilk günü isə kədərli hadisələrlə günə başladıq. Xüsusən, Azərbaycanlı vəkilin faciəvi şəkildə özünü yandırması hüquq ictimaiyyətini şoka saldı.Beləki, Salyan Rayon Bürosunda fəaliyyət göstər vəkil Zaur Məmmədov intihar edib. Rəsmi məlumatlarda deyilir ki, o hələlik bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb.

Faktla bağlı Nərimanov Prokurorluğunda araşdırma aparıldığı da qeyd edildi. Zaur Məmmədovun özünü yandırmasına Vəkillər Kollegiyasının sədri Anar Bağırov münasibət bildirdi:“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”. Sədr Zaur Məmmədovun yaxınlarına başsağlığı verdi.

Yeri gəlmişkən, Zaur İsa oğlu Məmmədov Hacıqabul şəhər sakinidir. 36 yaşlı (1987-ci il təvəllüdlü) Z.Məmmədov subay olub.

Maraqlı nüanslardan biri də odur ki, vəkil Z.Məmmədovun qardaşı Seymur Məmmədov mediaya bildirib ki, dünən atam onunla telefonla danışıb:” Atam dedi ki, bayramdı gəl bir yerdə keçirək. Zaur da cavabında deyib ki, bu gün (31 dekabr) yox, sabah gələcəyəm. Yəni, bu gün onu gözləyirdik. Bu gün də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi”.
İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd etdi.
Amma biz Azərbaycanda yaşayırıq və anlayırıq ki, heç kəs səbəbsiz yerə özünə qıymaz. Heç dəlixana dəlisi belə bu hərəkəti səbəbsiz yerə etməz! Ölümcül xəstəliyə tutulub bir neçə gün sonra öləcəyini bilən xəstə də bütün keçirdiği ağrılara rəğmən özünü öldürməz, son ana qədər ümidini kəsməz.
Axı bəs necə oldu ki, ali məktəb bitirmiş, ziyalı, subay, vəkil kimi uğurlu bir fəaliyyətlə məşğul olan, özünə yetlik imkanı olan bir şəxs durduğu yerdə elə bir faciə ilə özünü öldürsün , həm də Vəkillər Kollegiyasının qarşısında!

          Müstəntiq tərəfindən aldadılan VƏKİL?

İntihar edən vəkilin dostu Aşur Bədəlsoy özünün sosial media hesabında Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım etməsi bəzi qaranlıqlara işıq salmağa başladı.O, dostu ilə sonuncu dəfə cümə günü vatsap vasitəsilə danışdığını bildirdi:"Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın.
Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi" - o, qeyd etdi.
Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."

Yəqin ki, istintaq qrupu Aşur Bədəlsoyun açıqlamasını da nəzərdən keçirəcəklər. Zaurun "iş üçün" kiməsə pul və yaxud pul qismində rüşvət verdiyini də araşdıracaq. Hər halda Azərbaycan ictimaiyyəti dövlətimizdən bunu gözləyir!

                 Ötən ilin intihar edən vəkilləri - Açılmayan müəmmalar

Daha bir maraqlı nüans isə ötən il baş vermişdi. 2023-cü ilin 5 fevralında Sumqayıtda da bir vəkil intihar etdi. Hadisə şəhərin 16-cı məhəlləsində baş verdi. Vəkillər Kollegiyasının üzvü Vüsal Qiyas oğlu Mirzəyev özünü yaşadığı həyətdə qaz borusundan asaraq həyatına son qoymuşdu. Sonra necə oldusa üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edildi. Axı, niyə də, niyə?
2023-cü ilin noyabrında baş verən intihar hadisəsi də ictimaiyyəti bərk narahat etdi. Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Əsəd oğlu Mahmudov özlərinə məxsus üzümlük sahədə intihar etdi. Azərbaycanın Vəkillər Kollegiyasının üzvünün meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlandı..Mahmudov ailəli olub, 1 qızı 2 oğlu var, həyat yoldaşı Qazax Rayon İcra Hakimiyyətində çalışır. Mərhumun atası Əsəd Mahmudov rayonda tanınmış şəxsdir. O, sovxozda, ət kombinatında direktor, Qazax Rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb.Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildirdilər.

Yenə də “maraqlı nüans” demədən ötüşdürmək olmur. Hər 3 vəkil Azərbaycanın Vəkillər Kollegiyasının üzvü olub. İmkansız, xəstə, borclu olduqları haqqında da məlumat yoxdu. Kimsəni incitdikləri ilə bağlı da heç bir dəlil yoxdur. Hər 3 vəkil ağıllı, ziyalı, nüfuzlu, ətrafın hörmətini qazanmış insanlardır. Bəs onda bu vəkillər niyə özünə qəsd edir, intiharı çıxış yolu seçirlər?
P.S. Yadıma gəlir ki, özünə qəsd edən qazilərin böyük bir hissəsi onların hüquqlarını tapdalayan , haqqına girən icra başçılarına etiraz olaraq, özlərinə qəsd etmək qərarına məhz icra başçısının iqamətgahının qarşısını seçirdilər.Allah hər 3 vəkilə rəhmət eləsin!

Əntiqə Rəşid

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam