Cavid Qurbanovun vergi sisteminə "soxulan əli"
Redaksiyamıza vergi sistemində cərəyan edən ilginc olaylarla bağlı informasiya daxil olub.
"Xeberinfo.com": Həmin məlumatı bəzi ixtisarlarla təqdim edirik:
"Azərbaycanı çapıb talayan, büdcənin pullarının iri həcmdə oğurlandığı dövlət orqanlarından ən mühümü Vergi Sistemidir. Bu sistemdə pul oğurlamaq işində ən mühüm sahə kimi isə Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentini xüsusilə vurğulamaq lazımdır. Belə ki bu departament "iri çaplı" vergi ödəyiciləri olan Banklar, Sığortalar daxil digər böyük şirkətlərdən alınan "paketləri" in bölgüsünü aparıb və lazım olan qurumlara çatdırmaqla Nazirliyin fəaliyyətində xüsusilə seçilir. Departamentin işinin idarə edilməsində rəis müavini postunu tutan Rəcəb Babaşovun xidmətlərini xüsusilə vurğulamaq Lazımdır. Bu şəxs Azərbaycanın ən güclü oliqarxlarından sayılan Cavid Qurbanovun ən yaxın adamlarından biridir. Etibarlı mənbələrdən əldə olunan məlumata görə Fazil Məmmədovun qara kassadakı payıda bu şəxs tərəfindən çatdırılır. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyardlarla ölçülən əmlakına o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür.
Onun Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat, Bayıldakı Aran restoranı, Aran kafesi və 077 lər adlı avtoyuması, Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı, əlavə olaraq Bakıda 4 evi o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi, ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə nəzər salsaq görərik ki milləti xalqın əmlakını dövlətdən oğurlayaraq, bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib.
Belə deyilsə, bu milyardlar onda hardandır? Yoxsa Babasından mirasmı qalmış? Ya xəzinəmi tapmış?
Rəcəb Babaşov bunlarla kifayətlənməyib Sabirabad rayonunda xırda sahibkarlardan da "haqq" alır. Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstəy olan Sabirabad Rayon İcra Hakimiyyətinin 1 müavini postunun tutan Rəcəb Babaşovun doğmaca bibisi oğlu Həsən Həsənovdur. Belə ki Rəcəb Babaşov haqqını çatdırmayan sahibkarlara Həsən Həsənovun dəstəyi ilə bir sözlə divan tutur.
Bumudur sizin Sahibkarlara diqqət və qayğınız? Bumudur qeyri-neft sektorunun analoqu olmayan inkişafı?.
Həqiqətə qalsa Babaşov Rəcəb Cavid Qurbanov tərəfindən "qoruma" altında olduğuna görə ona heç kim "bata" bilməyəcək, bu aydındır. Amma heç olmazsa Banklar və Holdinqlərdən aldığı milyardlarla k kifayətlənib Sabirabadın kiçik Sahibkarlıq subyektlərinə "dəyib dolaşmasın".
DİA.AZ