Rəcəb Babaşovun MTN generallarıyla hansı əlaqəsi olub?
Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəis müavini Eldar Mahmudovla məmurlar arasında "körpü" olub
Xeberinfo.com: Sabiq MTN naziri Eldar Mahmudovla iş birliyində olan generalların həbs edilməsi, görəvdən alınması ökədə məmur korpusunda ciddi narahatlıq yaradıb. Eldar Mahmudov haqqında imzalanan məlum sərəncamdan sonra, mediada dərc olunan məqalələrə nəzər yetirəndə, uzun illər MTN kimi dövlətin və milətin təhlükəsizliyindən sorumlu bir qurumda kök salmış cinayətkar qrupla əlaqəsi olan onlarla məmurun adı diqqət çəkir.
Ehtimal olunur ki, bu şəxslərin ya əmlak, ya da sağlıq qorxusu onları məlum çetenin əmrlərinə boyun əyməyə vadar edə bilər. Lakin qanunu bilməmək insanı məsuliyyətdən qurtara bilmədiyi kimi, qorxu da eyni anlam daşıyır.
Confilic.az-a daxil olan məlumata görə Eldar Mahmudov çetesi ilə yaxın münasibətlərdə olan dövlət görəvlilərindən biri də, son aylar medianın diqqətini özünə çəkməyə bacaran Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəis müavini Rəcəb Babaşovdur.
Oxucuların diqqətinə çatdıraq ki, R.Babaşov medianın gündəminə əsasən doğulduğu Sabirabad rayonunda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə belə sahib olduğu sərvəti ilə gəldi. Media öncə sıradan bir dövlət görəvlisinin bu qədər sərvətə necə sahib olduğunu araşdırarkən, ortaya yeni nüanslar çıxdı.
Və yenə media iddia etdi ki, cənab Babaşovun məlum sərvətinin əldə olunmasında sabiq MTN nazirinin və hal-hazırda həbsdə olan E.Mahmudova bağlı generalların rolu olub. Məlumatı verən mənbə bildirdi ki, R.Babaşovun bir zamanlar mövcud olan əlaqələri nəinki onun özünü, hətta dostlarını belə MTN çetesindən qorumaq üçün yetərli olub.
Mənbə onu da qeyd etdi ki, "MTN işi”nə görə həbsdə olan generallar sabiq nazir E.Mahmudovun göstərişi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu o, hələ "Azəryolservis” ASC-nin sədri olduğu dönəmlərdə ləkələmək taktikası hazırlayıblar.
O da bildirilir ki, cənab Qurbanovun özü ilə bağlı kardinal dəyişikliyi belə məlum çeteni hazırladığı plandan imtina etdirməyib. Bu zaman dost köməyinə ehtiyac yaranıb. Məlumatı verən mənbə bildirir ki, C.Qurbanovla dostluq əlaqəsi olan R.Babaşovun müdaxiləsindən sonra məlum çete C.Qurbanovla bağlı planlarını başqa müstəviyə keçirib.
Mənbə R.Babaşovla bağlı məlumata onu da əlavə etdi ki, rəis müavininin MTN generalları ilə münasibətini Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, hazırda "MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov yaradıb.
Mənbə onu da qeyd etdi ki, Xəzər rayonu ərazisində sabiq nazirə məxsus villanın xərcinin bir hissəsi də məhz Rəcəb Babaşov tərəfindən ödənildiyi üçün bu şəxsə sabiq nazir tərəfindən toxunulmazlıq statusu da verilibmiş.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Conflict.az-ın cənab R.Babaşovla əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Cənab R.Babaşovun şəxsən özü və ya rəhbərliyində təmsil olunan qurumun müvafiq şöbəsi də bu günə qədər müxtəlif mətbuat orqanlarında dərc olunan yazılara hər hansı münasibət bildirməyib.
Məsələ ilə bağlı Vidadi Məmmədovun qohumu kimi özünü təqdim edən Sakit Həmidov isə xəbər təkzib edib. O, Arqument.Az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və Vidadi Məmmədov da həbs olunmayıb: "Bu məlumatlar yalandır, Vidadi Məmmədov da həbs olunmayıb".
Mövzunu diqqətdə saxlayacağıq.
Redaksiyadan: Yazıda adıkeçən şəxslərin hər birinin mövqeyini dərc etməyə hazırıq.