Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mübariz Mənsimovla bağlı SENSASİON FAKTLAR -Erməni şəriki ilə...

                            “Aslan” ləqəbli iş adamı 1 milyard dollarlıq fırıldağa imza atıb

Lev Aslan Dermen - başqa adla Levon "The Lion" (ingiliscə aslan) Termendzhyan ABŞ-ın Yuta ştatında 40 il müddətinə həbs olunub. Erməni əsilli amerikalı 1 milyard dollarlıq fırıldağa görə 7 həftəlik məhkəmə araşdırmasından sonra tutulub.

Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Elbəyi Həsənli məlumat paylaşıb.

E. Həsənli erməni əsilli biznesmenin Mübariz Mənsimovla əlaqələrinə diqqət çəkib, azərbaycanlı iş adamının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Lev Aslan Dermenlə biznes əlaqəsi yaratdığını yazıb:


      Mübariz Mənsimov və Lev Aslan Dermen Türkiyədə keçirilən toy mərasimində 

"Bilməyənlər üçün deyim ki, bu erməni illər öncə Türkiyədə olub, Tayyib Ərdoğanla görüşüb. Məhz Tayyib Ərdoğanın məsləhəti ilə Mübariz Mənsimov da Lev Aslan Dermenlə bir araya gəlib, biznes sövdələşməsi edib. Nəticədə 2016-cı ildə Kaliforniyada “Palmali USA LLS” şirkəti ortaya çıxıb. 2020-ci ilin martında Türkiyə prokurorluq orqanları tərəfindən istintaqa cəlb olunan Mənsimov FETÖ-yə üzv olmaq ittihamı ilə həbs edildi".

Araşdırmaçı jurnalist qeyd edib ki, Mübariz Mənsimov Ərdoğanın təklifinə "yox" deyə bilməyib:


        Solda Levon Termedzhyan və onun şəriki Jacob Kingston

"O vaxt Mübariz Mənsimovu gözdən salmaq üçün onun Lev Aslan Dermenlə olan biznes əlaqələri haqqında məlumatlar Türkiyə mətbuatına sızdırıldı. Azərbaycanda da Mübariz Mənsimova düşmən olan dairələr həmin məsələni tirajlamağa başladılar. Mən Lev Aslan Dermenin Tayyib Ərdoğanla olan görüşləri barədə məlumatları ortaya qoydum. Onu da vurğuladım ki, məhz Tayyib Ərdoğanın göstərişi ilə Mübariz Mənsimov Lev Aslan Dermenlə biznes əlaqəsi yaradıb. Yəni Mübariz Mənsimov Türkiyə prezidentinin təklifinə “yox” deyə bilməzdi".

E. Həsənli vurğulayıb ki, şübhəsiz ki, Türkiyə lideri erməni biznesmenin fırıldaqçı olduğundan xəbərsiz olub:

"Türkiyə prezidenti yüzlərlə iş adamı ilə münasibətdə olub, danışıqlar aparıb. İş adamlarının da əksəriyyəti fırıldaqçı olur. Nəsə, Lev Aslan Dermen də belə getdi... İmkanım olsaydı, Mübariz Mənsimovdan Lev Aslan Dermenin həbsinə münasibət öyrənərdim..."
Lev Aslan Dermen tarixin ən böyük vergi fırıldaqlarından birinə əl atıbmış. O bu məqsədlə Yuta ştatında "Order" adlı təriqət üzvləri əlbir olub. Dermen “poçt fırıldaqçılığı”, “çirkli pulların yuyulması” kimi cinayətlərdə təqsirli bilinib. Lev Aslan çoxarvadlı Kingston klanının üzvləri ilə birləşməsi sayəsində milyarder olub və yanacaqdoldurma məntəqələrinin sahibinə çevrilib. O, 2010-cu ildən 2018-ci ilə qədər Kinqston klanının müxtəlif üzvləri ilə bilrikdə milyard dollarlıq vergi fırıldağı həyata keçirib.
Məsələ ilə bağlı qarş tərəfin də mövqeyini dərc etməyə hazırıq.(demokrat.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam