Azərbaycanlı oliqarxla bağlılığı olan erməni milyarderin əməlləri-Adını dəyişib...
ABŞ-dakı erməni diasporunun nüfuzlu nümayəndələrindən biri, şəxsi təyyarəsi ilə Türkiyəyə qaçmağa çalışarkən həbs olunan Levon Termencyana (Lev Aslan Dermen) qarşı irəli sürülən ittiham aktının bəzi detalları məlum olub.
Yenixeber.org: Levon Termencyan 2 il əvvəl Türkiyədə “Borajet” adlı aviaşirkəti satın alan “SBK Holding USA”da pay sahibidir. Bu şirkəti ortaqları Yakob və İsiah Kingston qardaşları ilə birlikdə idarə edib.
Bundan əvvəl ABŞ mətbuatı Levon Termencyanın istintaqdan yayınaraq Türkiyəyə qaçdığını yazmışdı. Lakin indi məlum olur ki, bu məlumat FTB tərəfindən məqsədyönlü şəkildə sızdırılıb və Termencyanın yaxalanması əməliyyatının tərkib hissəsi olub.
ABŞ-ın Yut ştatı prokurorluğunun hazırladığı ittiham aktına görə Dermen və oraqtlarının Türkiyədə əhəmiyyətli ölçülərdə mülkləri və kapitalları var. Ötən il Termencyan Los-Anceles ştatında məhkəmə qərarı ilə ad-soyadını dəyişib və Lev Aslan Dermen olub.
İttiham aktında deyilir ki, Yut ştatının ən böyük biodizel şirkəti olan “Washakie Renewable Energy LLC” sahibləri olan Kongston qardaşları və Aslan Dermen sahibləri olduğu “Noil Energy” şirkəti ilə yanaşı “SBK Holding”in də sahibləridir. Onlar bu şirkətləri 2013-cü ildə qurublar. Aslan Dermen 2014-cü ildə holdinqin bütün səhmlərini nəzarətinə alıb.
“SBK Holdinq”in ABŞ-da eyni hüquqi ünvandan istifadə etməklə çoxsaylı törəmə şirkətləri mövcuddur. İttiham aktında əsasən Dermen və Kingston qardaşları “Bank of Utah” və “Merrill Lynch” bankları üzərindən böyük miqdarda pul transferi həyata keçiriblər. İttiham aktında deyilir ki, Dermenin 2010-cu il istehsalı olan və dəyəri 1.750 milyon dollara yaxın “Bugatti Veyron” avtomobilinə, 5 milyon dollar dəyərindəki malikanəsinə, habelə digər aktivlərinə həbs qoyulur.
Bildirilir ki, Dermen şəxsi təyyarəsi ilə tez-tez Türkiyəyə səfərlər edib və İstanbulda malikanəsi, çoxsaylı aktivləri var. Nəticədə məhkəmə Dermenin girov əvəzində həbsdən buraxılması barədə vəsadəti rədd edib. O və ortaqları sentyabrın 17-də məhkəmə qarşısına çıxarılacaq. O da bildirilir ki, Dermen bir neçə ay əvvəl Los-Ancelesdəki villasını 12.5 milyon dollara satışa çıxarıb.
* * *10:50
ABŞ-da erməni diasporasının nüfuzlu nümayəndələrindən biri olan Levon Termencyan Amerikadan şəxsi təyyarədə Türkiyəyə qaçmağa cəhd edərkən FTB tərəfindən həbs edilib.
Xəbəri “Hurriyet” Amerika KİV-inə istinadən yayıb.
İnformasiyaya əsasən, Levon Termencyan Los-Anceles aeroportunda saxlanıb, o İstanbula məhz oradan uçmaq istəyirmiş.
Yuta ştatı prokurorluğunun məlumatına əsasən, Levon Termencyan öz şərikləri Kinqston qardaşları ilə birlikdə üç milyard dolların yuyulmasında ittiham edilir. O, bir müddət əvvəl Kinqston qardaşları ilə eyni vaxtda saxlanmışdı, ancaq girov müqabilində azadlığa çıxmağa müvəffəq oldu. Yuta ştatının prokurorluğu məhkəmənin bu qərarına etiraz etdi. Müstəntiqlərin fikrincə, Levon Termencyan bu məhkəmə hökmündən Türkiyəyə qaçmaq üçün istifadə edəcəkdi... Nəticədə istintaq erməni biznesmeninin təkrar həbsi haqda məhkəmə hökmünə nail oldu və o, həqiqətən də ABŞ-dan qaçmağa cəhd edərkən yaxalandı.
17 sentyabrda Levon Teremencyan Solt-Leyk-Siti şəhərinin məhkəməsi qarşısına çıxarılacaq və orada ona ittiham elan olunacaq.
Ermənistan vətəndaşı Levon Termencyan çoxdan ABŞ-a köçüb və Türkiyə vətəndaşlığı almaq üçün müraciət edib. Yeri gəlmişkən, keçən il Levon Termencyan Los-Anceles məhkəməsinin qərarı ilə adını və soyadınını dəyişərək Lev Aslan Dermen olub.
Xatırladaq ki, 2017-ci ilin noyabrında virtualaz.org Levon Termencyanın azərbaycanlı oliqarx Mübariz Mənsimovun işgüzar partnyoru olduğu barədə yazmışdı. Levon Termencyan Türkiyədə Mənsimovun əyləncə məclislərinin daimi iştirakçısı idi, onun yaxtasında qonaq olurdu, ABŞ-da biznes-sazişlər bağlamağa və ora səfərlər təşkil etməyə yardım edirdi.(virtualaz)