Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cənab Əhməd İsmayılov, bura nə İrandır, nə də ki, Mozambikdir!

 

Deyəsən, müstəqil media rəhbərlərinin dünən keçirdikləri dəyərimi masa Medianın İnkişafı Agentliyinin (MİA-nın) sədri cənab Əhməd İsmayılovu yamanca təşvişə salıb.

Yenixeber.org: Qeyd edək ki, tədbirdə iştirak edənlər nəyi deyirlərsə, hansı təklifləri irəli sürürlərsə, bütün bunlar yalnız və yalnız müstəqil, azad, sərbəst görmək istədiyimiz Azərbaycan mediasının gələcəyi naminə atılan addımlardır. Yəni, uzun illər ərzində ölkəmizdə fəaliyyət göstərən müstəqil jurnalistlər və onların çalışdıqları media subyektləri, bundan sonra hansısa məhdudiyyətlə üzləşməməli, hansısa çərçivəyə salınmamalı, bir sözlə mediadan anlayışı olmayan hansısa məmurların “əlbyruqçusu” olmamalıdır. Bəli, mətbuatın azad olunması, hansısa “boyunduruğa” salınmaması uğrunda mübarizə aparanlar, bundan sonra da öz fəaliyyətlərini Azərbaycan Respublikasının Konstitusiyasında qəbul olunmuş qaydalara uyğun davam etdirmək əzmindədirlər. Məsələnin təəssüf doğuran halı isə ondan ibarətdir ki, bu yöndə mübarizə aparanlar öz haqlarını tələb etdikləri bir vaxtda, atılan addımlar hansısa “trollar”ın xoşuna gəlmir. Eyni zamanda, MİA-nın rəhbərliyinə təyin olunan vaxta qədər Azərbaycan mətbuatına heç bir aidiyyatı olmayan sahədə çalışmış Əhməd İsmayılov, bu gün bir kimsənin tanımadığı və heç bir halda qəbul etmədiyi bir “saytcığazda” tədbir iştirakçılarının ünvanına şər-böhtanlar yazdırır, necə deyərlər, bir növ saman çöpündən yapışıb düşdüyü vəziyyətdən xilas olmağa çalışır. Cənab Əhməd İsmayılov, vallah bu dəfə də alınmayacaq! Çünki, ətrafına topladığın və büdcə vəsaitləri hesabına qidalandırdığın “troll” dəstələri, nəinki bugünkü hadisələri, heç keçmişdəkiləri də düzgün təhlil edib özləri üçün lazımi nəticə çıxara bilmirlər.

    

Bu gün Azərbaycan mətbuatını müstəqil, azad, sərbəst görmək istəyənlərin əsas məqsədi, yalnız və yalnız Əhməd İsmayılovun media üzrində yaratmaq istədiyi “qara buludları” yarmaqdır. Çünki, bir vaxtlar Əli Həsənov və Vüqar Səfərli də, məhz belə bir arzularla, sərhəd tanımayan iddialarla yaşayırdılar. Sonda nə oldu, nə baş verdi? Baş verənlər o oldu ki, hər iki şəxsin düzüb-qoşduqları xaniman tarmar oldu. Biri mədəni sürgünə, digəri isə dəmir qıfıllar arxasına göndərildi. Ona görə də dərk etmək lazımdır ki, Agentliyinin bugünkü fəaliyyəti Prezidenti İlham Əliyevin yerli və xarici media siyasətini məhv etməyə yönəlib. Onu da başa düşmək lazımdır ki, biz bu gün nə İranda, nə də ki, Mozambikdə yaşayırıq, biz dünyanın bir çox beynəlxalq təşkilatlarına üzv olan müstəqil Azərbaycan Respublikasında yaşayırıq.

Qeyd edək ki, dünənki tədbirdə iştirak edən müstəqil jurnalistlər media haqqında qəbul olunmuş yeni Qanunu legitim hesab etmirlər və onun fəaliyyətinin dayandırılmasını tələb ediblər. Hətta, tədbir iştirakçıları Prezident İlham Əliyevə müraciətin hazırlanması və bu kimi tədbirlərin davamlı keçirilməsini məqsədəuyğun da hesab edirlər. (gundemxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam