Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısı böyük sahibkara çevrilib

 

Eyvaz Hüseynov cənablarına Xocavənd torpaqlarını zəbt etdiyi üçün "milli qəhraman" adını vermək olar


Adına Azərbaycan dediyimiz bu məmləkətdə məmur özbaşınalığının hansı həddə olduğunu nəinki adi insanlar, hətta dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənabları da bilməmiş deyil. 


"Xeberinfo.com":   Onun son dövürlərdə keçirdiyi bütün müşavirələrdə xususi vurğuladığı məsələlərdən biri də ölkədə məmur özbaşınalığına son qoyulmasıdır. Lakin çox təəssüflər olsun ki, bir çox yerli padişihlir bu tənqid və tövsiyyələrdən heç bir nəticə çıxarmırlar. 

Bu günlərdə Milletinsesi.org-un redaksiyasına daxil olan bir məktubda da bu məsələ diqqətə çatdırılır. Məktubda qeyd olunur ki, düşmən işğalı altında olan Xocavənd rayonunda düz 23 il icra hakimiyyətini başçısı vəzifəsində çalışan Eyvaz Hüseynov öz vəzifə səlahiyyətlərindən istifadə edərək böyük sahibkara çevrilib:

- Xocavənd rayonunun geniş, münbit torpaq sahələrini zəbt edərək özünün və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, əkin sahələri olan təsərrüfatını yarada bilib. Başı bu təsərrüfata qarışan E.Hüseynov bir rayonun icra başçısı olduğunu unudub, özünü təsərrüfat müdiri kimi aparır. İşi-gücü Nərgiz təpə deyilən ərazidəki təsərrüfatını genişləndirməkdən ibarətdir. Eyni zamanda həmin torpaqları əllərində saxlamaq üçün Nərgiz təpə ərazisində respublika səviyyəli abadlıq işləri aparır. Rayon icra hakimiyyəti başçısının bu hiyləgər siyasəti, artıq əhalini cana yığıb. Təsəvvür edin, ayda iki-üç dəfə şəxsi maşınlarla tozun-torpağın içində bu yolu gedib gələsən, hələ ora idarələrdən yığılan pulların xərcləndiyini demirəm, yalandan orda-burda xırda abidələr qoyasan, nə var-nə var burada döyüşlər gedib. Onda Qazaxdan üzü bəri döyüş gedən hər yeri abidələrlə dolduraq? Əslində isə əsas məqsəd Prezidentin iri fermer təsərrüfatlarının yaradılması barədə tövsiyyələrinə qarşı çıxaraq zəbt etdiyi torpaqları əldə saxlamaqdır. Məqsədi öz şəxsi təsərrüfatını genişləndirmək olan icra başçısının rayonu necə idarə etməsinə gəlincə, bu sahədə durum sözün həqiqi mənasında bərbaddır. Eyvaz Hüseynov rayonu talamaqla məşğuldur. Belə ki, rayondakı dövlət idarələrini çapıb-talayan E. Hüseynov heç bir şikayətə, xahişə məhəl qoymur. Əksinə, yaxın adamlarına da şərait yaradır ki, məcburi köçkün taleyi yaşayan insanları ağır şərtlər altında soyub-talasınlar. 

Rayon icra hakimiyyətini başçısı E.Hüseyno şəxsən rayondakı dövlət idarələrinə hər ay qeyri-qanuni "haqq" ödəmək barədə tapşırıq verib. Rayonda faktiki olaraq korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığı hökm sürür. Bu yığımları isə başçının müavini, əlaltısı, buyruqçusu Azər adlı şəxs həyata keçirir. Xatırladaq ki, Xocavənd rayonu faktiki olaraq işğalçı Ermənistan Ordusunun əlindədir. Eyvaz Hüseynov isə Qarabağda vuruşduğunu, dəfələrlə yaralandığını iddia edərək rayonu talamaqla məşğuldur. Sanki respublikada bu ailədən başqa heç kim əlinə silah almayıb. Düşünürəm ki, Qarabağ müharibəsində qəhrəman ola bilməyən E.Hüseynova Xocavənd torpaqlarını zəbt etdiyi üçün "milli qəhraman" adını ermək olar. İşi, gücü ancaq özlərinin reklam edərək, oturduqları stolu qorumaq olan bu çeteni hökmüranlığı nə qədər çəkəcə heç kim bilmir. E.Hüseynovun varlanmaq ehtirası o qədər alovlanıb ki, hətta böyük saxtakarlıqlara imza atmaqdan belə çəkinmir.

Bəzi saytlarda yayılan xəbərlərə görə Kənd Təsərrüfatı naziri bir çox rayonlarda taxıl əkilməsi üçün dövlət tərəfindən verilən subsidiya yardımının araşdırılmasına göstəriş verib. Bu rayonlardan biri də Xocavənddir. Məlumata görə, Xocavən rayonunda 5-6 min hektar torpaq sahəsi üçün subsidiya ayrılıb. Bu torpaqlar isə kənar şəxslərə satılıb. 5-6 min hektar torpaq sahəsinin təxminən 4 min hektara yaxını rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və onun müavini, aqrar məsələlər üzrə şöbənin müdiri Rəfael Mustafayev tərəfindən saxta sənədlərlə subsidiya yardımı siyahısına salınıb. 

Məlumatda o da qeyd olunur ki, artıq uzun illərdir ki, Eyvaz Hüseynov 4 min hektar torpaq sahəsinə subsidiya yazıdırır və hər il bu yolla dövlət büdcəsindən yüz min manatlarla vəsaiti mənimsəyir. Bu gün artıq başa düşürlər ki, Kənd Təsərrüfatı nazirliyi Xocavənd rayonuna buğda məhsullarının əkini və biçini üçün ayrılan 500 min manat, həmçinin bu torpaqlarda məhsuldarlığı artırmaq üçün dövlət tərəfindən 50 faiz aşağı qiymətinə ayrılan azot gübrələrinin istifadəsi araşdırılacaq. Bu isə icra başçısı Eyvaz Hüseynovu və müavinini çətin vəziyyətə salıb.Çünki, bu onların sonu ola bilər. Məlumatda qeyd olunur ki, Eyvaz Hüseynov müavini ilə əlbir olaraq 4 min hektar torpaq sahəsinə verilən 700 tona yaxın azot gübrəsini müxtəlif şəxslər vasitəsiylə Beyləqan, Ağcabədi və İmişli bazarlarına satdırıb. 

Rayonda baş verən vəziyyəti təhlil edərkən istər-istəməz düşünürsən Eyvaz Hüseynov nə üçün bəzi məmurları himayə edir, digərlərini isə gözümçıxdıya salıb? İcra başçısı açıq-açığını tabeçiliyində olan məmurlara qarşı ayrı-seçkilik siyasəti yürüdür. Belə ki, onun təhsil şöbəsinin müdiri ilə yola getmədiyi hamıya məlumdur. Bununla bağlı onu deyə bilərəm ki, artıq 5-6 ildirki başçı təhsil şöbəsinin müdirini işdən çıxartmaq istəyir. Ancaq buna gücü çatmır. Çünki bu halda Şəfahət müəllim ona verdiyi pulları geri istəyir. İş o yerə çatıb ki, Şəfahət müəllim başçıya "səni tərəzinin bir gözünə, pulumu isə bir gözünə qoyaram deyir". Burada isə tələb təhsilin keyfiyyəti deyil, idarələrə qoyulan "haqq"dır.

"Qaçqınkom"un dövlət hesabın tikib əhaliyə verdiyi evlər də, başçı ilə müavini Rəfayil tərəfindən istədikləri kimi paylanıb. Daha doğrusu, əksəriyyəti buraya heç bir aidiyyəti olmayan adamlara satılıb. Hansı xidmətlərinə görə isə başçıya 15-20 ev hədiyyə edilib. Bu dörd otaqlı evlərdən birini özünə, birini müavini Rəfayilə, birini isə mərkəzi xəstəxananın baş həkiminə xidməti ev adı ilə bağışlayıb. Qalanlarını isə qorxudan üzə çıxara bilmirlər.

Aslan Quliyev

Növbəti saylarımızda
- Eyvaz Hüseynovun 23 illik vəzifəd əlaltıları və şərikləri...
-Qəhrəmanlıq mifi necə yarandı?
- Keçmiş baş prokuror Eldar Həsənov Eyvaz Hüseynovu necə və niyə xilas edib?
- Naxçıvan səfərinin həqiqətləri...
Bu və digər məsələlərə isə gələn araşdırmamızda aydınlıq gətirəcəyik, bizi izləyin!


Redaksiyadan:- Biz bir mətbu orqanı olaraq redaksiyamıza daxil olan məktubu dərc etdik. Eyni zamanda qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Əsas məqsədimiz həqiqəti üzə çıxarmaqdır. 
Uğurla demokratik inkişaf yolunu davam etdirən ölkəmizdə bütün neqativ həllar aradan qaldırılmalıdır. Bu işdə dövlətimizin başçısına kömək etmək həm də KİV-lərin vəzifə borcudur. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam