Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısının 5 milyonluq torpaq əməliyyatı

 

                     Yerli əhali məmurun törətdiyi özbaşınalıqlara tab gətirə bilmir

  "Xeberinfo.com": Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Eyvaz Qurbanovun fəaliyyətindəki xoşagəlməz hallar bitmək bilmir. Xatırladaq ki, dəfələrlə icra başçısının imza atdığı qanun pozuntuları, yerli əhali ilə normal münasibət saxlamaması və dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan vəsaitləri şəxsi maraqlarına qurban verməsindən söz açmışdıq. Ümid etmişdik ki, icra hakimi haqqında yazılan tənqidlərdən nəticə çıxarıb fəaliyyətində müsbət dönüş yaradacaq.

 Etibarlı mənbənin məlumatından aydın olub ki, Eyvaz Qurbanov nəinki özbaşına əməllərinə son qoyub, əksinə bu kimi işlərinin sayını daha da artırıb və icra başçısı Oğuzun boş torpaqlarını qeyri-qanuni olaraq satır: «Rayonda örüş sahəsi üçün nəzərdə tutulan 50 hektar torpaq sahəsinin təyinatı başçı tərəfindən dəyişdirilib. Bu torpaq sahələri Nazirlər Kabinetində perspektivə keçirilərək 1 sotu 1000 manata satılır. Bu isə 5 milyon manat deməkdir. İcra hakimi örüş torpaqlarını satdığından heyvandarlıqla məşğul olan sakinlər mal-qaranı otarmağa yer tapmır. Yaranmış problemlə bağlı dəfələrlə Rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinə müraciət edən sakinlərə heç bir cavab verilməyib. Başçı camaatı yaxınına buraxmır». 

       Mənbə bildirir ki, dövlət büdcəsindən şəhərin abadlıq işlərinin həyata keçirilməsi məqsədilə külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, başçı bu işi yerli idarə və müəssisələrin rəhbərləri arasında bölüşdürüb: «Yəni hər idarənin rəhbəri məcburi şəkildə abadlıq işlərinə cəlb edilir. İcra başçısı abadlıq işlərini yerli idarə rəhbərlərinə gördürməklə büdcədən ayrılan vəsaitləri mənimsəyir. Maliyyə şöbəsinin müdiri Elşad Yusifovla yaxın münasibətlərə malik olan başçı bəzi məsələləri onun əli ilə həll edir. Özəlləşməyə saxlanmış dövlət obyektlərini öz adamlarının adına çox kiçik məbləğlərə özəlləşdirir. Məsələn, köhnə xəstəxana kompleksi, gənclər və idman idarəsi və digərlərini göstərmək olar. Məmur yeni tikilmiş xəstəxananın qarşısında salınmış bağ sahəsini ləğv edərək yerini kommersiya obyektlərinin tikintisi üçün satıb. O cümlədən özünün ticarət obyektləri də orada yerləşir. Şəhərdə müxtəlif tipli obyektlər tikdirir. Şahmat məktəbini sökdürərək yerində ticarət obyektinin tikintisinə şərait yaradıb». Məlumatda icra başçısının qanunsuz şəkildə həyata keçirdiyi kadr islahatlarından da söz açılır. 

Mənbəmizin dediyinə görə, Eyvaz Qurbanov Rayon İcra Hakimiyyətinə bu sahədə heç bir təcrübəsi olmayan qohumlarını dövlət qulluğuna qəbul qaydalarını pozmaqla işə qəbul edir: «O, icra strukturlarında işləyən orta təhsilli işçilərin işdən azad olunması ilə bağlı qərarı əsas tutaraq təcrübəli işçilərin hamısını işdən azad etdirib. Həmin kadrların yerinə isə öz adamlarını yerləşdirib. İcra hakimi kürəkəni Natiq Haşımovu saxta sənədlərlə işdə saxlayıb. Digər orta təhsillilərin işdən çıxması böyük narazılıq yaradıb. Eyvaz Qurbanov başçı təyin olunandan sonra rayonun meşə massivləri sürətlə məhv edilir. Meşələrin kütləvi qırılmasında əvvəllər polis işləmiş, lakin sonradan polis sıralarından çıxarılmış şəxslər iştirak edirlər. İcra hakimiyyətinin məsul şəxsləri «yaşıl soyqırım»ın qarşısını almaq əvəzinə, özləri də bu işdə birbaşa iştirakçıdır. Başçının qardaşı Mayıl Qurbanov Oğuz şəhər bazarının rəhbəri olmaqla bazarın ətrafında yerləşən və ticarət üçün əlverişli olan, həmçinin şəhərdə pərakəndə ticarət üçün münasib olan yerləri qanunsuz olaraq başqa adamlara verərək qanundankənar şəkildə haqq toplayır. Eyvaz Qurbanov yerli əhalinin problemləri ilə maraqlanmır, onları qəbul edib şikayətlərini dinləmir. Başçı həm də rayonda keçirilən dövlət bayramlarında və tədbirlərində bəzən iştirak edir, bəzən etmir. Bayram və istirahət günlərində Bakıda olur. Ümumiyyətlə, Oğuzda təşkil olunan dövlət əhəmiyyətli tədbirlərdə əvvəlcədən müəyyən edilmiş şəxslərdən başqa heç kimə söz verilmir. Və digər insanlara heç bir imkan yaradılmır. Qabaqcadan öyrədilmiş şəxslər isə çıxışlarında ancaq başçını tərifləyirlər». 

Qeyd edək ki, Oğuz sakinləri artıq üç ildir ki, acınacaqlı vəziyyətdə yaşayırlar. Amma artıq onların başçının özbaşınalıqlarına tab gətirməyə gücü qalmayıb. Yuxarı instansiyaların rəhbər şəxslərindən xahiş edirik ki, Oğuz Rayon İcra Hakimiyyətində hərtərəfli yoxlamalar aparsınlar və icra başçısının fəaliyyətinə nəzarəti gücləndirsinlər./"Gündəlik Bakı"/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam