Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“MTN işi” Xocavəndin icra başçısını da “vuracaq”- ÖZƏL

                     

Eyvaz Hüseynov “qəhrəman” qardaşının güdazına gedə bilər

 

Xeberinfo.com: “Eldar Mahmudov fırtınası” davam etməkdədir: Rabitə və İyüksək Texnologiyalar Nazirliyi, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi,... növbə icra başçılarına çatmaqdadır.

Bu istiqamətdə xeberinfo.com-a yeni məlumat daxil olub. Məlumata görə “MTN işi”nin növbəti qurbanı Xocavəndin icra başçısı Eyvaz Hüseynov ola bilər. İcra başçısının “yada düşməsinin” səbəbi isə MTN-in sponsorluğu ilə çəkilən “Əsgər” sənədli filminin, daha doğrusu filmdəki yalançı qəhrəmanlığın ifşası olub.

Xatırladaq ki, sözügedən filmdə  çekistlərimiz İbad Hüseynovun – özünümüdafiə dəstələrindən birinin döyüşçüsünün məşhur erməni terrorçu Melkonyanın başını kəsərək məhv etdiyini nümayiş etdirirlər. Artıq bu axmaq və gülünc ideya ifşa olunub.

Xatırladaq ki, bu filmin qəhrəmanı İbad Hüseynov Xocavəndin icra başçısı Eyvaz Hüseynovun doğma qardaşıdır. Məlumatlı şəxsin xeberinfo.com-a verdiyi məlumata görə Eyvaz Hüseynov bu filmin çəkilişində lazımı maddi dəstəyi verib və qardaşının ictimailəşən bu “qəhrəmanlığından” ustalıqla yararlanıb. Məhz bundan sonra cənab Hüseynovun MTN-lə əlaqələrinin yarandığı deyilir. Elə redaksiyamıza daxil olan məlumatlarda da bu əlaqələrdən və bu əlaqələrdən doğan iş birliyindən bəhs olunur... Söhbət icra başçısının korrupsiya və digər əməllərindən gedir. Təəssüf ki, Eyvaz müəllimin özü ilə də, Xocavənd Rayon İcra Hakimiyyəti ilə də əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qalmaqdadır. Bu səbəbdən də hələlik əldə etdiyimiz məlumatlarla bağlı geniş yaza bilmirik.  

Qeyd edək ki, Eyvaz Hüseynov ən stajli icra başçısı sayılır. O 2 iyul 1992-ci il tarixdə prezident səlahiyyətlərini icra edən spiker İsa Qəmbərin sərəncamı ilə  Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub və bügün də kürsüsündədir.

 

 

Vaqif 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam