Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Goranboyun icra başçısı Nizaməddin Quliyev regionun əsas bazarına əl qoyur

 

Artıq Nizaməddin Quliyevin  oğlu “Goran” bazarının əsas payçılarından birinə çevrilib. Bazar genişlindirildikdən sonra icra başçısı burda oğlu üçün böyük topdansatış mağazaları tikdirir.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Gunxeber.com-a daxil olan məlumatda bildirilir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı oğlünün və qohumlarının adına rayonda yeni obyektlər tikdirir. Belə obyektlərdən biri də “Goran” bazarıdır. İcra başçısı hazırda bazarda böyük topdansatış dükanları tikdirib.  Bu dükanlarda əsasən  Çindən, Türkiyədən, Rusiyadan gətirilmiş elktrik cihazları, su motorları, onların ehtiyyat hissələri və digər avadanlıqların topdan satışını təşkil edib.  Bazarda fəaliyyət göstərən bütün dükanlar isə bu çeşid malları ancaq icra başçısının oğlunun dükanlarından almağa məcbur edilir.  Qeyd edək ki, “Goran” bazarı Qərb bölgəsinin əsas bazarlaından biri hesab olunur və bura ölkənin hər yerindən alıcılar gəlir.
Gunxeber.com-u məlumatlandıran mənbənin sözlərinə görə, “Goran” bazarıının ərazisi bir il əvvəl genişləndirilib. Bazarın payçı sahiblərinə yeni ərazinin hər kvadratmetrini 250 manatdan satan icra başçısı elə həmin vaxt ərazidə özü üçün böyük dükanlar inşa etdirib. Həmin dükanların bir hissəsini oğlunun şirkətinin adına  sənədləşdirən icra başçısı, bəzi dükanları da qohumlarının adına sənədləşdirib.
Bildirilir ki, icra başçısının obyektləri çox tez-tələsik tikdirməsinin isə arxasında başqa səbəblər dayanır. Belə ki, icra başçısı son bir ildə davamlı olaraq vəzifədən alınacığını gözləiyr.  Bu barədə söz-söhbətlər rayonda gündəmdən düşmür. Elə bu üzdən də icra başçısı vəzifəsindən sui-istifadə edərək öz obyektlərinin sayını durmadan artırır ki, işdən çıxarılıdığı zaman geniş biznesə sahib olsun.
Qeyd edək ki, Goranboy icra başçısının son iki ildə rayon su idarələri və digər büdcə təşkilatları ilə həyata keçirdiyi maxinasiyaları və onlardan hər ay nə qədər hesab aldığı barədə redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirərək  növbəti yazımızda bu məsələlərə bağlı ilginc faktları  təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq. (Gunxeber.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam