“Kredit qalmaqalı” ilə bağlı sabiq icra başçısı həbs oluna bilər-YENİLƏNİB!
Hacı İbrahim Nehrəmliyə bağlılığı deyilən “Həsən-96” MMC-nin direktoru Eyvaz Babayev həbs təhlükəsi ilə üzləşib
“Xeberinfo.com”: “Kredit qalmaqalı” ilə bağlı redaksiyamıza daha bir məlumat daxil olub. Bu dəfə də məlumatda iş adamı Hacı İbrahim Nehrəmlinin adı hallanır. Məlumata görə de-fakto Hacı İbrahimə məxsus “Həsən-96” MMC-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “ABB Premyer Müştəri Xitməti” Filialı tərəfindən 50 milyon 776 min manatdan artıq kredit ayrılıb. Bu kreditin faizləri ödənilmədiyindən artıq ümumi məbləği təxminən 70 milyon manata çatıb. Lakin bundan sonra da nə faizlərin, nə də kreditin ödənilməsi mümkün görünmür. Çünki, bu kreditlər təyinatı üzrə istifadə olunmadığı və talan edildiyi üçün onu geri qaytarmaq faktiki olaraq mümkün deyil.
Məlumatda xüsusi olaraq diqqəti çəkən məqamlardan biri də “Həsən-96” MMC-nin direktoru Eyvaz Babayevlə bağlıdır. Xatırladaq ki, Moskvada Qubkin adına Neft və Qaz İnstitutunun məzunu olan cənab Babayev 2000-2003-cü illərdə Gəncə şəhər İcra Hakimiyyətinə başçılıq edib. Keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinin birinin məzunu olmağı bacarmış, mərhum prezident Heydər Əliyev tərəfindən icra başçısı təyin edilməyə layiq görülmüş Eyvaz Babayevə həbs təhlükəsinə səbəb isə Azərbaycan Beynəlxalq Bankı ilə Hacı İbrahim Nehrəmli arasında olan maliyyə fırıldağıdır. Sabiq icra başçısına qarşı həmçinin vergidənyayınma, dələduzluq maddələri üzrə də ittiham irəli sürülməsi istisna olunmur. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Gəncə şəhərinin sabiq icra başçısı Eyvaz Babayevin rəhbərlik etdiyi “Həsən-96” MMC-də ikili mühasibatlıqdan geniş istifadə olunub. Belə ki, Eyvaz Babayevin direktor olduğu “Həsən-96” MMC-də çalışan işçilərin yalnız bir hissəsi ilə əmək müqaviləsi bağlanıb, müfaviq rəsmiləşdirmə işləri aparılıb. “Həsən-96”MMC-nin işçilərinin bir hissəsi isə qanunsuz şəkildə işə cəlb olunublar. Onlarla heç bir əmək müqaviləsi bağlanmayıb, müfaviq rəsmiləşdirmə işləri aparılmayıb. Bunun da nəticəsində işçilərin bir hissəsinin əmək haqqında vergi və Dövlət Sosial Müfaiə Fonduna ödəmələr tutulmayıb. Bunun nəticəsində də dövlət büdcəsinə və vətəndaşların maraqlarına külli miqdarda zərər dəyib. Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısının rəhbərlik etdiyi “Həsən-96” MMC-də qanunsuzluqları bununla da bitmir. Belə ki, “Həsən-96” MMC-də işlədikləri rəsmiləşdirilmiş işçilərin əmək haqqı da ikili mühasibatlıq əsasında verilib: işçilər əmək haqqlarının kiçik bir hissəsini rəsmi şəkildə alıblar. Əmək haqqının böyük hissəsi isə qeyri-rəsmi əməkhaqqı kimi verilib. Vergi və Dövlət Sosial Müdafiə Fonduna ödəmələr də az miqdarda olan rəsmi hissəsdən tutulub. Bu yalnız işçilərə deyil, Eyvab Babyevin özünə də aid olub. Bununla bağlı araşdırmalarımız davam edir. Məlumata görə, Hacı İbrahim Nehrəmli ilə birlikdə Eyvaz Babyevin də ölkədən çıxışına qadağa qoyulub və onların hər ikisinin yaxın zamanlarda həbs ediləcəyi gözlənilir.
Bu istiqamətdə “xeberinfo.com”a müvafiq məlumatlar daxil olub. Hələlik müəyyən yanlışlıq olar deyə, lazımı dəqiqləşmə aparmadan bu məlumatlarla bağlı geniş yazmırıq. Təəssüf ki, hörmətli Eyvaz müəllimi dinləmək istiqamətindəki çabalarımız nəticəsiz qaldı.
Azad