Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Tərtərdə yerli iş adamlarından "xərac" yığırlar

 

Müstəqim Məmmədov abadlıq işləri adı altında iş adamlarından pul tələb edir 

"Xeberinfo.com":    Məlumata görə, bu barədə JAM.AZ-a rayondakı sahibkarlar məlumat veriblər. 

Onların bildirdiyinə görə, icra başçısı Müstəqim Məmmədovun tapşırığı əsasında həyata keçirilən proses onları çətin vəziyyətə salıb. Belə ki, müavinlərindən birinin vasitəsi ilə yığım prosesini həyata keçirən icra başçısı həmin vəsaitin rayonda abadlıq işlərinə sərf olunacağını deyib. Və bunu həm də belə əsaslandırıb ki, Avropa Oyunlarından sonra rayona ayrılmalı olan büdcə hələ açılmayıb və nəticədə sıxıntı yaranıb.

JAM.AZ-a danışan sahibarlar bildirirlər ki, Müstəqim Məmmədovun bu hərəkətləri onları işlərindən soyutmaqla yanaşı, həm də fəaliyyətlərini dayandırmağa məcbur edir. «Çünki ilboyu qazandıqlarımızı bir gündə əlimizdən alırlar. Verməyəndə də başımıza oyun açacaqları ilə təhdid edirlər. Belə çıxır ki, biz qazandıqlarımızın hamısını icra başçısına və ya yerli məmurlara verməliyik». 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam