Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının "tamet" biznesi

 

Müstəqim Məmmədov Tərtərdəki parkların bütün daşlarını öz sexində hazırlatdırır 

Xeberinfo.com:   Rayon rəhbərlərinin abadlıq və quruculuq işindən milyonlarla manat qazandığı sirr deyil. Uzun illər bu işlərdən dolayı əldə edilən gəlirlər isə icra başçılarının faktiki kapitalına çevrilib. 

Jam.az xəbər verir ki, hələ bir qədər əvvəl dövlət başçısı İlham Əliyev də müşavirədə çıxışı zamanı bəyan etmişdi ki, əsas korrupsiya tikinti sahəsində qeydə alınıb. Ölkə rəhbərinin belə bir fikir səsləndirməsi şübhəsiz səbəbsiz deyildi. Və bunun yetərli qədər maraqlı tərəfiləri daha var. Lakin bu məsələ hazırkı yazımızın mövzusu olmadığından ona geniş toxunmayacağıq. Amma bir icra başçısının dövlət büdcəsindən ayrılan pulları necə əldə etdiyini diqqətinizə çatdıracağıq. 

Məlumata görə, Tərtərin icra başçısı Müstəqim Məmmədov rayona rəhbər təyin olunan kimi, maraqlı bir addım atmağa başlamışdı. Hələ Ceyhun Cəfərovun vaxtında tikilmiş və təmir edilmiş parkların yenidən təmirə dayandırılması hazırkı icra başçısının pul qazanmaq üçün ilk taktikası idi. 

Xüsusən də parklarda yerə döşənən tamet üzlüklər məsələsi əsl biznesə çevrilmişdi. Məlumatlı mənbələrin JAM.AZ-a verdiyi məlumata görə, Tərtərdə parklara vurulan tamet üzlük daşlarının istehsalçısı Yevlaxdakı sexdir. Həmin sex isə Müstəqim Məmmədova məxsusdur və onu hələ Yevlaxda icra başçısının aqrar məsələlər üzrə müavini işləyən zaman açıbmış. 

Qeyd edək ki, Müstəqim Məmmədov keçmiş icra başçısının tikdiyi parkları və səkiləri sökərək, onları yenidən təmir etdirir. Təmir zamanı istifadə olunan əsas tikinti materialları isə ya icra başçısının özünə məxsus sexlərin, ya da yaxın adamlarının satdığı məhsullardır. Keçən il həyata keçirilən prosesdən əldə olunan gəlirin miqdarı isə 500 min manat civarında olduğu deyilir. 

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam