Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının "gizli çəkiliş" skandalı

 

Rayondakı qadın salonuna gizli kameranın yerləşdirilməsi icra başçısına baha başa gələcəkmiş 

Xeberinfo.com:  Ağcabədinin icra başçısı Şahin Məmmədovla bağlı olduqca qalmaqallı məlumat yayılıb. Azad.Media-ya istinadən xəbərə görə, skandala səbəb olan əsas hadisə rayonun mərkəzindəki gözəllik salonu ətrafında cərəyan edən proseslə bağlı olub. 

Sayt yazır ki, Şahin Məmmədovun müavinlərindən biri Ağcabədinin mərkəzində fəaliyyət göstərən gözəllik salonlarından birinə gizli şəkildə kamera yerləşdirib. Həmin kameranın hansı məqsədlə yerləşdirildiyi hələlik məlum deyil. Sadəcə, maraqlıdır ki, bu işdə icra başçısının adı niyə hallanıb. 

Məlumatda vurğulanır ki, bu kameranın təkcə gözəllik salonunda deyil, digər yerlərdə də yerləşdirilməsi ilə bağlı icra başçısının qəti təlimat verdiyi üzə çıxıb. Bəlli olub ki, Şahir Məmmədov bəzi məsələlərdən xoflanır, bəzi məsələlərdən isə qətiyyən çəkinmir.

Azad.Media yazır ki, Şahin Məmmədov günlərin birində qəfil telefon zəngi alır. Və məlum olur ki, Ağcabədinin icra başçısına zəng edən həmin gözəllik salonuna gedən qadınlardan birinin həyat yoldaşıdır. Dəstəyin o başından icra başçısı ağır formada tənqid edən və ardından təhdid edən bu şəxs ondan salona niyə gizli kamera yerləşdirdiyi soruşub. Məmmədovun ona tutarlı cavab verə bilmədiyi, üstəlik, qıp qırmızı qızardığı qeyd edilir. 

Təhdid olunmasına baxmayaraq, icra başçısının məsələnin üzərinə getmədiyi deyilir. Bildirilir ki, Şahin Məmmədov bununla bağlı polisə heç bir tapşırıq da verməyib. 

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam