Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Çernobılın və Qorbaçovun məhv etdiyi akademik –Leqasov 51 yaşındaykən həyatla vidalaşıb

Onu birinci dəfə özünəqəsddən iş yoldaşları xilas edib, ikinci dəfə müalicə aldığı xəstəxananın həkimləri intihara imkan verməyib, üçüncü dəfə isə mənzilindəki iş kabinetində Valeri Leqasova heç kim mane ola bilməyib. İş masasının üstündə tapança olsa da, o, özünü asmaqla həyatına son qoyub...

Yenixeber.org: Akademik Leqasovu ölümə sürükləyən kimlər və hansı hadisələr olub?

1936-cı ildə Tula şəhərində anadan olan Valeri Leqasov orta məktəbi bitirdikdən sonra Moskvada Mendeleyev adına Kimya-Texnologiya İnstitutunda ali təhsil alıb. 31 yaşında namizədlik dissertasiyası, 36 yaşında doktorluq işi müdafiə edib. Leqasov 1976-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1981-ci ildə həqiqi üzvü seçilib. O, 1983-cü ildə Kurçatov adına Atom Enerjisi İnstitutu direktorunun birinci müavini təyin edilib.

Legasov.jpg (40 KB)

Elmi ictimaiyyətdə kifayət qədər böyük nüfuza sahib olan Leqasov siyasi dairələrdə də dəyərli bir ziyalı kimi tanınıb. Hətta onun yaxın gələcəkdə SSRİ Elmlər Akademiyasına prezident seçiləciyi haqqında söhbətlər də dolaşıb. Amma zaman Leqasovun xeyrinə işləməyib. Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza akademikin həm karyerasına, həm sağlamlığına və bütövlükdə həyatına birdəfəlik son qoyub.

1986-cı ildə AES-də baş verən qəzanın səhərisi gün artıq Leqasov hadisə yerində olub. Daha sonra onu yaradılmış xüsusi komissiyanın tərkibinə daxil ediblər. Leqasov qəzanın baş vermə səbəblərinin araşdırılması və törətdiyi fəsadların aradan qaldırılmasında iştirak edənlərin arasında yeganə şəxs olub ki, o, 4 ay Çernobılda qalıb. Hesabatları təqdim etmək və ailəsi ilə görüşmək üçün akademik bu aylar ərzində cəmisi iki dəfə Moskvaya qayıdıb. Sonuncu dəfə isə evə qayıdanda ailə üzvləri onun tanınmaz hala düşdüyünün şahidi olublar. Hədsiz dərəcədə yüksək şüalanmaya məruz qalan Leqasovun saçları tökülüb, rəngi dəyişib, əl-ayağında qıcolmalar yaranıb, çəki itirib. Bu cür vəziyyət ailə üzvlərini ciddi narahat edib və onun təcili müalicəsini zəruri sayıblar. Akademik bunlara məhəl qoymayaraq qəza ilə bağlı araşdırmalarını davam etdirib.

RIAN_803673.HR_.ru_.jpg (82 KB)

Leqasovun mütəmadi olaraq Mərkəzi Komitədə qəzanın səbəbləri ilə bağlı hesabatları yuxarı eşelonda çox da rahatlıqla qarşılanmayıb. Hətta bir-iki dəfə ona “yüngülvari” xəbərdarlıq da ediblər ki, dərinə getməyə ehtiyac yoxdur. Bu xəbərdarlıqlara məhəl qoymayan akademik real vəziyyəti ortaya qoymaq, nöqsanları, buraxılmış səhvləri üzə çıxarmaq üçün fəaliyyətini öz istədiyi kimi davam etdirməkdən çəkinməyib. Bu da öz növbəsində Mixail Qarboçovun qıcıqlanmasına səbəb olub və bu qıcıqlanma özünü qabarıq şəkildə biruzə verib.

Hələ Çernobıl qəzasından bir ay əvvəl Leqasova elm sahəsindəki xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adının verilməsi məsələsi qaldırılıb. SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov məsələ ilə bağlı Qorbaçova müraciət edib. Baş katib Rıjkovun təşəbbüsünü qəbul edib və təklif edib ki, akademiki 1986-cı ilin sentyabr ayının 1-də, 50 illik yubileyində təltif etsinlər.

1986-cı ilin avqust ayında Leqasovun təqdimatı Qorbaçova təqdim ediləndə o, sözündən qaçaraq akademikin təltif olunmasını məqsədəuyğun saymayıb.

0d6839854f924a18fb15fa30e68c4e55 (1).jpg (53 KB)

Daha sonra Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətləri olanların təltif olunmaları üçün siyahısı hazırlananda, bu dəfə də Rıjkov Leqasovun adını həmin siyahıya salıb. Siyahı Qorbaçova təqdim edilib. Baş katib bu dəfə də akademikin adının üstündən xətt çəkib. Rıjkov məsələyə aydınlıq gətirmək üçün Qorbaçovla görüşüb. Baş katiblə baş nazirin Leqasovla bağlı ciddi fikir ayrılığı yaranıb, hətta mübahisəyə səbəb olub. Qorbaçov akademiki qəhrəman adı ilə təltif etməkdən imitina edib.

Leqasov növbəti zərbəsini akademiyanın elmi şurasına seçkilər zamanı alıb. Növbəti seçkilərdə onu şuradan kənarlaşdırıblar. Akademik zərbələrin məhz Qorbaçov tərəfindən gəldiyini yaxşı anlayıb. Leqasov təltiflərdən, elmi şuraya üzvlükdən məhrum olsa da o, AES-dəki qəzanın səbəblərinin tam araşdırılması üçün iddialarından əl çəkməyib. Amma akademik təzyiqlərə tab gətirə bilməyib. Bir tərəfdən psixoloji durumunda yaranan problem, digər tərəfdən səhhətində ciddi ağırlaşmalar onun mübarizəsini yarımçıq qoyub.

IAEA_02790039_(5612537521).jpg (92 KB)

Leqasov iki dəfə intihara cəhddən xilas edilsə də, o, üçüncü dəfə 1988-ci ildə, Çernobıl qəzasının ikinci ildönümü ərəfəsində, aprelin 26-da gecə yarısı mənzilindəki iş otağında özünü asıb.

51 yaşlı akademikin intiharı ilə bağlı bir çox versiyalar səsləndirilib. Bu versiyaların arasında ən real fikir söyləyən isə həmin dövrdə SSRİ Elmlər Akademiyasının prezidenti olan Anatoli Aleksandrov olub:
“Leqasovu heç kim bıçaqlamadı, heç kim ona güllə atmadı. Leqasovu ona göstərilən ədalətsiz münasibət öldürdü. Bəli, bu ölümün adı intihar yox, ədalətsiz münasibətdir...”

İllər keçdikdən sonra akademikin həmkarları 1996-cı ildə BorisYeltsinə Leqasovun halal haqqı olan qəhrəman adının verilməsini ilə bağlı müraciət ediblər. Akademik ölümündən sonra layiq olduğu qəhrəman adı ilə təltif olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam