Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ruslarla anlaşmaq niyə bu qədər çətindir? -Türkiyə nəşrindən İLGİNC ARAŞDIRMA

Ruslarla anlaşmaq niyə bu qədər çətindir? – Türkiyə nəşrindən İLGİNC ARAŞDIRMA

Yenixeber.org: Rus xalqının şüurunda “bizimki” və “bizimki deyil” anlayışı var. “Bizimkilər” qrupuna daxil olanlar üçün Rusiyanın bütün qapıları açıqdır. ”Bizimki deyil”lər üçünsə bütün girişlər kilidlidir, özü də lap möhkəm.

Ümumiyyətlə, rusları başa düşmək çətindir. Onlarla barışmaq asan deyil. Ruslar kənar adamlardan, tanımadıqları adamlardan çəkinirlər. Xüsusən də dili, görkəmi, mədəniyyəti ilə yad adam başqa aləmə aiddirsə, onların arasındakı divar daha da qalınlaşır. Və bu divarları aşmaq daha da  çətinləşir”.

Türkiyənin “Medya günlüyü.tr” portalı xəbər verir ki, ruslar barədə bu cür qiymətləndirmənin müəllifi amerikalı Mişel Berdidir. Amerikalı ekspert deyir ki, iki cəmiyyət arasında bu cür fərqlər olduğuna görə amerikalılar üçün rusları başa düşmək adətən çətin olur.

Birdi 25 ildir ki, Moskvada yaşayır. O, son məqalələrindən birini ruslara həsr edib və yuxarıdakı fikirləri səsləndirib. Təbii ki, Birdi belə müşahidələri edən ilk amerikalı deyil. Uzun müddət Rusiyada yaşayan bir çoxları, o cümlədən peşə fəaliyyətinin əhəmiyyətli bir hissəsi müşahidə ilə bağlı olan jurnalistlər də oxşar mühakimələr yürüdür.

Ancaq rusların ruh halını anlamaq üçün müşahidələr kifayət etmir. Çünki ortada son dərəcə ziddiyyətli məqamlar var.

Məsələn, növbənizi burnunuzun dibindən oğurlayan və ya qəfildən sizinlə olan rəsmi müqaviləni pozan ruslar da az deyil. Bununla belə nəyin bahasına olursa-olsun çətinliyə düşən bir dostun köməyinə qaçan və ya ona həssaslıqla qulaq asan ruslar da yox deyil. Hələ onu demirəm ki, ruslar da səhərə qədər yoldaşlıq etmək, boşanma ərəfəsində olsan belə səndən üz çevirməyən müsbət xüsusiyyətləri var. Yəni ruslarda bütöv şəxsiyyətlərə rast gəlmək heç də təəccüblü deyil.

Amma bununla belə ruslar qütbləşməyə daha çox meyilli olan bir xalqdır. Bəlkə də onların ən böyük özəlliyi elə “bizimki” və “bizimki deyil” yanaşmasıdır. Bu zaman sevgi, şəfqət, xeyirxahlıq kimi  həssas hisslər və digər mənfi duyğular bu dairənin kənarında qalır.

“Medya günlüyü”, Türkiyə. 6 mart 2022

Tərcümə etdi: Lətif.A. (konkret.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam