Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Nizami Məmmədovun 10 milyonluq villası.. – NİZAMİ MƏMMƏDOVUN MİLYONLARI…/VİDEO

 

      Finansist-general”  “Generallar şəhərciyi”ndəki  bu villanı  maaşla necə tikdirib ?
Yenixeber.org: Ötən yazılarımızda  “Generallar şəhərciyi”ndən bəhs etmişdik.
Qısa  xatırlatma üçün qeyd edək ki, Səbail rayonunun Badamdar qəsəbəsində  bəzi  generallar özləri üçün  ayrıca şəhərcik salıblar və öz aralarında buranı “Generallar şəhərciyi” adlandırırlar..
Bu şəhərcikdə bəzi  generallar  dövlətin Müdafiə Nazirliyinə ayırdığı milyonların hesabına özləri və yaxınları üçün  dəyəri 10 milyonlarla olan villalar ucaldıblar.
Biz bir media orqanı olaraq  44 günlük  savaşda qazandığımız  möhtəşəm qələbəyə zərrə qədər də olsun kölgə salmaq fikrindən uzağıq.
Amma Müdafiə Nazirliyi  sistemində baş verən neqativ hallara da göz yummaq  fikrində deyilik.
Çünki neqativ hallar, rüşvət və korrupsiya halları dövlətimizin dayağı olan Orduda yol verilməzdir.
Heç kimə sirr  deyil ki,  bəzi generallarımızın mal-qara ferması, restoranları, villaları, ticarət obyektləri, yüz hektarlarla  torpaq sahələri və s barəsində  zaman-zaman dövrü mətbuatda yazılar dərc olunub.
Çox təəssüf ki, bu yazılar müvafiq qurumlar tərəfindən sonadək araşdırılmır  və günahkar şəxslər layiq olduqları cəzanı almırlar. Bu isə cəmiyyətdə cəzasızlıq  mühiti yaradır.
Və nəticədə az qala orta əsr krallarının qəsrlərini xatırladan  “Generallar şəhərciyi”  ortaya çıxır.
Axı, bu boyda şəhərciyi  generalların dövlətdən aldığı maaşla tikdirmək heç cürə mümkün deyil. Deməli, ortada  rüşvət, korrupsiya və ciddi maliyyə pozuntuları var.
Söhbət MALİYYƏ-dən düşmüşkən…
Bəli, “Genarallar şəhərciyi”ndə ən möhtəşəm villalardan biri kimə məxsus olsa yaxşıdır ?

Bəli, məhz Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor  Nizami Məmmədova.
Dəyəri  təxminən 10 milyon manatla ölçülən möhtəşəm villa  uzaqdan adamı çağırırır ki, mən korrupsiya və maliyyə oğurluğu ilə tikilmişəm.
Kimsə bizdən fakt-filan tələb edə bilər. Amma atalarımız  deyib ki, görükən VİLLAYA nə bələdçi ?

Axı, adicə ibtidai təhsili olan adam da Nizami Məmmədovun maaşını aylara, sonra əmək stajına, yəni illərə vurub-çıxıb görər ki, alınan SUMMA  villanın dəyərinin  heç 10 faizini eləmir.
Yaxşı bu illər ərzində cənab generalın özü, ailə üzvləri nə yeyib, nə xərcləyib ki…
Bu boyda villa tikdirib.
Bu hələ Nizami Məmmədovun sahib olduğu çoxsaylı müklərdən, əmlakdan biridir. Biz hələ generalın milyonlarını saymırıq.
Həm də Nizami Məmmədovun vəzifəsi də adamı uzaqdan çağırır: MALİYYƏ İDARƏSİNİN RƏİSİ…
Deməli, dövlətin  orduya və müdafiə sisteminə ayırdığı 100 milyonlar Nizami Məmmədovun qələminin ucundan gəlib keçir.
Məlumat üçün onu da qeyd edək ki, Nizami Məmmədov Müdafiə  Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “sadiq kadro”larından biridir.
Yeri gəlmişkən, Nizami Məmmədov barəsində əvvəlki xidmət sahələrində  bir neçə dəfə cinayət işi açılsa da…
Bu barədə növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin.Gundəlik Bakı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam