Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sülhməramlılar üçün -30 modul şəhərcik salınıb

Sülhməramlılar üçün 30 modul şəhərcik salınıb
Rusiya Silahlı Qüvvələrinin maddi-texniki təminat üzrə mütəxəssisləri Dağlıq Qarabağdakı rus sülhməramlı kontingentinin hərbçiləri üçün 30 blok-modul şəhərçiyinin tikintisini başa çatdırıblar.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Karıkaxa, Cerabert qəsəbələrində blok-modul şəhərciklərin inşası başa çatıb. Beləliklə, Rusiya Federasiyası müdafiə nazirinin qərarı ilə maddi-texniki təminat orqanları tərəfindən ən qısa müddətdə - 4 ayda 30 blok modul şəhərçiyi istifadəyə verildi və məskunlaşma həyata keçirildi”, - Dağlıq Qarabağdakı inşaat qərargahının rəhbəri general-mayor Yuri Xort bildirib.

Onun sözlərinə görə, indi Dağlıq Qarabağ ərazisindəki Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının rahat yaşamaq üçün hər cür şəraiti var, bu da şübhəsiz ki, xüsusi tapşırıqların icrasında vacib elementdir.

Ümumilikdə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsindən bəri Müdafiə Nazirliyinin mütəxəssisləri 250, 60, 40, 30 və 15 nəfər tutumlu 30 blok-modul şəhərciyi, həmçinin bir komanda məntəqəsi və komanda heyəti üçün yaşayış yeri inşa edib. Bütün yaşayış yerləri lazımı infrastrukturla təmin edilib.

Dağlıq Qarabağdakı inşaat sahələrinə təxminən 600 mütəxəssis və 65 texnika cəlb olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam