Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yerevanda Müdafiə Nazirliyi mühasirəyə alındı - Generallar hasardan tullanıb qaçdılar

Yerevanda Müdafiə Nazirliyi mühasirəyə alındı -  Generallar hasardan tullanıb qaçdılar

Yerevanda dünəndən etibarən ikinci Qarabağ müharibəsində itkin düşən və hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ərazisində yaxalanan  erməni hərbçilərinin yaxınları Müdafiə Nazirliyinin bütün giriş-çıxış qapılarını bağlayıb.

Yenixeber.org: Axşam saatlarında Müdafiə Nazirliyinin bəzi yüksək rütbəli nümayəndələri hasardan aşaraq qaçmağa nail olublar, lakin etirazçılar daha sonra bunun da qarşısını alıb.

Gecə saatlarında isə xəbər yayılıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyi ilə qaytarılır və tezliklə onları aparan təyyarə Yerevanın “Erebuni” aeroportunda yerə enəcək. Həmin erməni diversantlarının yaxınları aerportda gözləməyə başlayıb, təyyarə enib, amma məlum olub ki, içərisində təkcə Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov var. Təyyarənin Bakıdan boş getdiyi haqda xəbərlər yayılsa da “Flightradar” saytının məlumatlarına əsasən o, Yerevana Rostovdan uçub.

Təyyarənin boş gəldiyini görəndə toplaşanların bir qismi Müdafiə Nazirliyinin qarşısına yollanıb və oradakı etirazçılara qoşulublar. Bu gün səhər saatlarına olan məlumata görə Müdafiə Nazirliyinin binası hələ də mühasirədədir, polis etirazçılarla danışıqlar aparır. Etirazçılar deyirlər ki, onlar Müdafiə Nazirliyinin rəhbərliyinin verdiyi yalan vədlərdən beziblər və yaxınlarının taleyinə aydınlıq gətirilməsini istəyirlər. (Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam