Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“AZAL”-ın TENDERLƏRİNDƏ “KÖHNƏ DOSTLAR” TAKTİKASI... -Qurum rəhbərliyi özünə yaxın şirkətləri necə qalib edir?

Uzun illərdir ki, “AZAL”-ın fəaliyyətindən və qiymət siyasətindən saysız-hesabsız şikayətlər edilir. Bu şirkətin tətbiq etdiyi anormal dərəcədə baha qiymətlərin Azərbaycanın turizm sektorundan tutmuş sıravi vətəndaşların büdcəsinə qədər hamıya ziyan vurduğu şübhəsizdir. Və bütün bunların müqabilində şirkətin ziyanla işləməsi və dövlətə zərər verməsi də başqa bir söhbətin mövzusudur.

Yenixeber.org: Ancaq bu şirkətin özbaşınalıqları və anormal qərarları yuxarıda qeyd edilənlərlə yekunlaşmır.

“AZAL” tenderlərin, satınalmaların keçirilməsində də özünəməxsus “taktika” işlədərək, yalnız şirkətə yaxın “oyunçular”ın qazanmasına şərait yaradır.

Xəbər verildiyi kimi, "Azərbaycan Hava Yolları” QSC öz əməkdaşlarının 2022-ci il ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtobuslarla gündəlik işə və işdən daşınması xidmətlərinin satınalınması üzrə tender elan edib. Tender elanı üzrə təkliflərin verilməsi üçün ayrılan müddəti bu gün, dekabrın 15-də, saat 11-də başa çatıb. 

“Fed.az”-ın bildirdiyinə görə, “AZAL” tender elanında elə şərtlər tətbiq edib ki, bu elan 1 il müddətində qüvvədə olsa da, həmin şərtlərə cavab verən kənar şirkət tapmaq demək olar, mümkün olmayacaq. Qeyd edək ki, əməkdaşların daşınması ilə bağlı tender kifayət qədər iri həcmdə işləri əhatə edir. Təklif edilən işlər qarşıdakı 1 il ərzində işçilərin Bakının müxtəlif ərazilərinə 48 istiqamətdə daşınmasını nəzərdə tutur. Bu mənada nəqliyyat şirkətlərinin tenderə marağı böyük olmalı idi. Amma məqsədli şəkildə qoyulan bəzi şərtlər əksər daşıma şirkətlərini tenderdən kənarda saxlayır.

 

 

Belə ki, tender şərtlərinə əsasən, təkliflərin qiymətləndirilməsi zamanı şirkətlərin fəaliyyət müddəti nəzərə alınacaq. İllik təcrübə 10 ilәdәk olduqda şirkət 2 bal, 10-15 il olduqda 4 bal, 15-ildәn artıq olduqda isə 5 bal qazanacaq.

Sual olunur: şirkətin 10 illik təcrübəsi ilə 15 il və ya daha artıq təcrübəsinin olması arasında hansı fərq var. Hətta 5 il əvvəl yaradılan sərnişin daşıma ilə aktiv məşğul olan şirkətlər də bu sahədə kifayət qədər təcrübəli sayıla bilər. Eləcə də 15 il əvvəl yaradılan şirkətlərin də bu sahədə keyfiyyətsiz xidmət göstərməyəcəyinə heç bir təminat yoxdur. Bu mənada “AZAL”-ın şirkət təcrübəsinə dair 10, 15 və daha artıq müddətlə bağlı şərtləri digər oyunçuları diqqətdən kənarda saxlamaq məqsədi daşıyır.

Digər əsas şərt hansı ki, bütün iştirakçıların qarşısını kəsir və tenderə yalnız «köhnə dostlar»ı buraxır: tender elanında ixtisas göstəriciləri ilə bağlı hissədə bildirilir ki, tenderə qatılmaq istəyən iddiaçıların digər hava yolları ilə iş təcrübəsi olmalıdır. Belə ki, tenderə o şirkət qatıla bilər ki, indiyədək azı 3 aviaşirkətlə iş təcrübəsi olsun.

Əgər bu şərt aeroport xidmətləri və ya hava nəqliyyatı üçün digər spesifik xidmətlərə aid olsaydı,bunu anlamaq olardı. Amma sadəcə, Bakı ərazisində göstərilən və sərnişinlərin normal avtobuslarda daşınmasını nəzərdə tutan bu xidmətlərdə sözügedən şərtin qoyulması məntiqi cəhətdən anlaşılmazdır.

Əgər AZAL-ın daşınacaq əməkdaşları xüsusi geyimdə, məsələn kosmonavtlar kimi skafandrlarda olsaydı və onlar üçün avtobuslarda xüsusi yerlər tələb olunsaydı və ya onların daşınması üçün hermetik avtobuslar tələb olunsaydı bu şərtlərin vacibliyini anlamaq olardı.

Burada isə gündə bir neçə dəfə işçilərin əvvəlcədən nəzərdə tutalan iki nöqtə arasında daşınması planlaşdırılır. Buna görə nəqliyyat şirkətinə indiyədək azı 3 aviaşirkətlə əməkdaşlıq barədə şərtin qoyulması məntiqsizdir.

Amma əsas məsələ qabaqdadır: hazırda Azərbaycanda aktiv fəaliyyətdə olan cəmi 4-5 aviaşirkət mövcuddur. AZAL-ın apardığı siyasət və hökumətin buna açıq-aşkar göz yumması səbəbindən ölkədə real özəl avişirkət demək olar ki, mövcud deyil. Mövcud olanlar «AZAL», «Buta» və «Silk vey» şirkətləridir. Belə çıxır ki, AZAL-ın tenderində 3 şirkət şərtinə əməl edən şirkət hökmən indiyədək bu şirkətlərlə əməkdaşlıq etməli idi.

 

 

Ya da, bu tenderdə xarici ölkədən gələn və xaricdə başqa şirkətlərlə(azı 3 şirkətlə) əməkdaşlıq etmiş daşıma şirkəti iştirak etməlidir(bu da inandırıcı deyil).

Bu şərtin qoyulması o deməkdir ki, «AZAL» bu tenderdə yalnız indiyədək onunla əməkdaşlıq etmiş şirkətlərin qalib gəlməsində maraqlıdır, həmin şirktlərin qalib gəlməsinə çalışır və tenderdə iddiaçılara qarşı nəzərdə tutulan tələblər də məhz həmin şirkətlərin göstəriciləri əsasında tətbiq edilib. Təbii ki, həmin göstəricilərə digər şirkətlərin cvab verməsi ehtimalı aşağıdır.

Onu da xatırladaq ki, “AZAL” təkcə dövlət qurumları deyil, hətta özəl qurumlar arasında da ən qapalı, maliyyə məlumatlarını ictimaiyyətə açıqlamayan, hətta nümayişkaranə şəkildə gizlədən dövlət qurumudur. Fəaliyyət göstərdiyi 30 ilə yaxın müddətdə şirkətin illik hesabatı heç vaxt dərc edilməyib. Hətta dövlət qurumlarında islahatların aparılması məqsədilə yaradılan İnvestisiya Holdinqinə daxil edilməsi də “AZAL”-da bu məsələ ilə bağlı şəffaflığı artırmayıb. Və “AZAL”-ın öz tenderlərində belə məqsədli şərtlər tətbiq etməsi dövlət satınalmalarına cəlb olunan şirkətlərin əhatə dairəsini məhdudlaşdırmağın növbəti göstəricisidir. Bu sahəyə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. Əgər sözügedən xidmət öz işinin öhdəsindən gələ bilirsə, o zaman mütləıq şəkildə “AZAL”-ın bu cür anormal şərtlərlə keçirdiyi tenderləri araşdırmalı, barəsində bəhs etdiyimiz tenderin indiki şərtlərlə keçirilməsinin qarşısını almalı və onun daha normal və məntiqli şərtlərlə keçirilməsini təmin etməlidir. “AzPolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam