Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ABŞ agenti olmasından şübhə edilən sovet diktoru –“Valya xala”nın acı sonu

1980-ci ilin sonlarında onun haqqında dolaşan söz-söhbətlər tükənməyib. Telefon zənglərində, işlədiyi redaksiyaya və mənzilinə göndərilən məktublarda, çəkiliş meydançalarında, hətta mağazalarda alış-veriş etdiyi zaman Valentina Leontevaya yalnız bir sual ünvanlanıb: “Siz həqiqətənmi xarici kəşfiyyata işləyirsiniz?”

Yenixeber.org: Əslində, bu sualın kökündə konkret bir fakt, rəsmi ittiham dayanıb. Amma çox qısa bir müddətdə SSRİ DTK-sı məsələni araşdıraraq Valentina Leontevanın Amerika və İngiltərə kəşfiyyatına işləmədiyinə tam əmin olub və məsələ bağlanıb. Buna baxmayaraq, diktor haqqında şayiələr günü-gündən daha da çoxalıb. Hətta Valentina Leontyevanın həbs olunması, həbs olunarkən özünü 9-cu mərtəbədən atması (əslində onun yaşadığı bina dördmərtəbəli olub) intihar etməsi, yaxud da Lefortovo həbsxanasında saxlanması, ABŞ səfirliyindən sığınacaq istəməsi kimi fikirlər bitib-tükənməyib.

65608.jpg (34 KB)

Ömrünün son illərində çap etdirdiyi kitabda Valentina Leontyeva 1980-ci ildəki günləri belə xatırlayıb:
“Məni artıq “öldürmüşdülər”, mən yaşadığım dördmrtəbəli binanın doqquzuncu mərtəbəsindən özümü “atmışdım”, heç vaxt görmədiyim və əlimə almadığım tapança ilə özümü “güllələmişdim”, Lefortovo həbsxanasında mənə işgəncə “vermişdilər” və bu kimi fikirlər bütün ölkədə gəzirdi. Bəli, xarici kəşfiyyata işləməyimlə bağlı haqqımda şübhəli şəxs kimi müvafiq qurumlar ciddi araşdırmalar aparmışdılar. Amma heç bir fakt təsdiqini tapmamaışdı, mən sərbəst olaraq öz fəaliyyətimi davam etdirirdim. İkinci həyat yoldaşım ABŞ-da diplomatik missiyada xidmət edirdi. Biz rəsmi ayrıldıqdan sonra mən məzuniyyətimi onun yanında keçirirdim. Şübhələr də buradan yaranmışdı. Həmin vaxt bir müddət efirdə görünməməyin də şübhələri daha inandırıcı etmişdi. Hətta efirdə göründükdən sonra da şayiələr səngimirdi. Mənim kiçik tamaşaçılarım da mənə məktub yazırdılar, soruşurdular ki, Valya xala, siz daha vətəni sevmirsiniz? Bütün bunlar mənim üçün ağrılı və təsirli idi...”

11-1.jpeg (66 KB)

Qeyd edək ki, Valentina Leontyeva 1923-cü ildə Leninqradda anadan olub. Hər iki valideyni mühasib işləyib. Sovet-alman müharibəsi dövründə Leninqradın mühasirəyə düşməsi ərəfəsində ailə təxliyə olunmaqdan imtina edərək şəhərdə qalıb. Yalnız 1943-cü ildə, Leontyevanın atası vəfat etdikdən sonra onlar Ulyanovsk vilayətinin Novoselki qəsəbəsinə köçüblər. Valentina Leontyeva Moskva Kimya Texnologiyaları İnstitutuna qəbul olunsa da, təhsilini yarımçıq qoyub, hərbi hospitalda sanitar işləyib. Müharibədən sonra o, Stanislavski adına opera və dram studiyasında təhsil alıb və bu təhsil ocağını bitirdikdən sonra təyinatla Tambov dram teatrına göndərilib.

632010704.jpg (117 KB)

1954-cü ildə mərkəzi televiziya işə qəbulla bağlı müsabiqə keçirəndə Valentina Leontyeva uğur qazanaraq televiziyada rejissor köməkçisi, sonra isə diktor kimi işləməyə başlayıb.

Valentina Leontyeva birinci dəfə radio rejissoru Yuri Rişarla ailə həyatı qurub. Bu nikah dörd il davam edib. Cütlüyün övladı olmayıb.

İkinci dəfə ABŞ-da diplomatik missiyada xidmət edən Yuri Vinoqradovla ailə həyatı qurduqdan sonra isə Leontyeva Amerikaya köçüb. 1960-cı illərin sonunda bu nikah da pozulub. Valentina Leontyeva oğlu Dmitri ilə birgə SSRİ-yə qayıdıb və yenidən fəaliyyətini mərkəzi televiziyada davam etdirib.

lk.jpg (157 KB)

SSRİ xalq artisti adına, SSRİ dövlət mükafatına layiq görülən Valentina Leontyeva öz dövrünün ən məşhur televiziya aparıcılarından biri sayılıb. Milyonlarla sovet uşaqlarının dilində “Valya xala” adı ilə məşhurlaşan diktor uzun illər “Spokoyno noçi, malışi”, “V qostyax u skazki”, “Budilnik” verlişlərinin aparıcısı olub. O, eyni zamanda rəsmi dövlət tədbirlərində də aparıcılıq edib, Moskvada keçirilən Yay Olimpiya Oyunlarının açılışında Leontyeva həmkarları ilə birlikdə mikrofon arxasında olub.

SSRİ süquta uğradıqdan sonra diktorun həyatında ağır günlər başlanıb, verilişlər bağlanıb, mərkəzi televiziya tanınmış diktora ehtiyac duymayıb. Eyni zamanda yeganə oğlu Dmitri ilə də münasibətlər kəskinləşib. Oğlu anasına Moskvadakı mənzilini satmağa məcbur edib. Bütün bu cansığıcı həyatdan qurtulmaq üçün Leontyeva mənzilini satıb, özü isə Ulyanovsk vilayətinə, Novoselki qəsəbəsinə köçüb.
2000-ci ilin əvvəllərindən səhhətində ciddi problemlər yaranan diktor sərbəst yeriyə bilməyib, 2004-cü ildə gözləri tutulub. Bu ağır günlərdə oğlu bir dəfə də olsun onu ziyarət etməyib.

cba471e6d182.jpg (159 KB)

Ömrünün son illərini xəstə vəziyyətdə tənhalıqda keçirən Valentina Leontyeva 2007-ci ildə, 83 yaşında vəfat edib. Titullarına, dövlət təltiflərinə görə Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunmasına haqqı olan diktorun nəşini Moskvaya aparacaq bir nəfər tapılmayıb. O, qəsəbə qəbirstanlığında dəfn olunub. Dəfn mərasiminə Moskvadan yalnız üç nəfər gəlib, vaxtilə dərs dediyi tələbələr.

8340b6c9c6b9a4addd43a5e1bc0e3a5f.jpg (137 KB)

Sonralar Noveselki qəsəbəsində diktorun abidəsi qoyulub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam