Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SALEH MƏMMƏDOVUN “TENDER OYUNLARI”NIN DAİMİ QALİBİ... -“ATF” MMC ilə agentlik rəhbərini nə birləşdirir?-YENİLƏNDİ

Uzun illərdir ki, Azərbaycanda ən korrupsiyalaşmış və ən çox dövlət vəsaitinin mənimsənildiyi sahələrdən biri yol tikintisi hesab edilir. Təsadüfi deyil ki, məhz buna görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov ölkənin ən imkanlı, varlı məmurlarından sayılır.

Yenixeber.org: Mətbuatda dəfələrlə onun rəhbərlik etdiyi qurumdakı korrupsiya, müxtəlif növ qanun pozuntuları, həmçinin də agentlik sədrinin şəxsi biznesi, varidatı, mal-mülkü barədə məlumatlar dərc edilib...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyəti və “tender oyunları” barədə şikayət məktubu daxil olub. Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən göndərilən məktubda 17 saylı Yol İstismar İdarəsinin və Göyçayda yerləşən "ATF" MMC-nin “əl-ələ verərək” büdcə vəsaitlərini taladığı və digər qanun pozuntularına yol verdiyi iddia olunur: “"ATF" MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranmış bu şirkət nəinki Göyçayda, Azərbaycanın müxtəlif yerlərində - İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görür.
Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq "ATF" MMC şirkəti “udur”. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə "ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları "ATF" MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilib. Bu isə korrupsiya cinayətidir ki, başında Saleh Məmmədov dayanıb.”

 

 

Məlumat üçün qeyd edək ki, söhbət 2019-cu ildə böyük əks-səda doğuran, Göyçay çayının üzərindəki körpünün uçmasında əsas günahkarlardan sayılan şirkətdən gedir. Həmin vaxt körpünün uçmasının əsas səbəbi kimi məhz “ATF” şirkətinin çayın məcrasında kor-təbii şəkildə çınqıl-beton zavodları inşa etməsi göstərildi.

Buna görə, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Rəhbərlikdə isə onu qardaşı əvəzlədi. Ancaq buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyi” davam etdirdi və “ATF” yenə qurumun tenderlərini “uddu”.

Şikayətçi yazır ki, bütün tender maxinasiyaları bir tərəfə, 17 saylı Yol İstismarı İdarəsində və "ATF" MMC-də heç olmasa işçilərin adi əmək hüquqlarına da məhəl qoyan yoxdur: “Mən 03 dekabr 2013-cü il tarixdən 17 saylı Yol İstismarı İdarəsində(Yİİ) sürücü vəzifəsində işləmişəm. İşimdə heç vaxt nöqsana yol verməmişəm. "ATF" MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsəm də, yüksək qan təzyiqim olduğuna görə orada işləyə bilmədiyim üçün Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 -ci maddəsinin "Ç" bəndi ilə məni işdən çıxardı. Ancaq Əmək Məcəlləsinin tələblərinə görə, mənə son haqq-hesab pulu ödənilməli olduğu halda, indiyə qədər bu ödəniş edilməyib. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Nazirlik mənə cavab verdi ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada tədbir görüləcək. Ancaq heç bir tədbir görülmədi.

 

 

17 saylı Yİİ-də texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir. Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir. Hansı qanuna əsasən dövlətin idarəsi olan 17 saylı Yİİ-nin texknikaları "ATF" MMC-nin apardığı yol tikintisi işlərinə cəlb edilib? Hansı yüksək göstəricilərə görə bir çox yerlərdə yol tikinti işlərinin tenderini ancaq "ATF" MMC udur? Ağdaş, Ucar, İsmayıllı, Göyçay, Yevlax, Balakən, Zaqatala, Şəki və digər rayonlarda "ATF" MMC tərəfindən çəkilmiş yollar tez bir zamanda bərbad vəziyyətə düşüb.

"ATF" MMC-nin rəhbərliyi işçilərin əməyini istismar edir, onların pulunu kəsir, insanları gün ərzində 15 -16 saat işlədir. Hətta şənbə və bazar günləri də işçilər işə cəlb edilirlər. Mənim kimi etiraz edənlər isə qanunsuz olaraq işdən çıxarılır və onlara son-haqq hesab pulu ödənilmir.”

Şikayətçi bildirir ki, Muradov qardaşları etdikləri qanunsuzluqlara görə şikayət edəcəyi təqdirdə, onu “narkotiklə şərlətdirib tutduracaqları ilə hədələyirlər”.

Sonda Samir Kərimov ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edərək, sözügedən şirkətin, eləcə də 17 saylı Yİİ-nin yol verdiyi qanunsuzluqların araşdırılmasını və onun hüquqlarının bərpasını xahiş edir.

Şikayətdə adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.

“azpolitika”

 


 

 

                                               ***
Yazıda yer alan iddialarla bağlı bu dəqiqələrdə (11:01) qarşı tərəf yenixeber.org-un elektron poçtuna cavab ünvanlayıb: 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yolu təsərrüfatı sahəsində müvafiq infrastrukturun inkişafı ilə bağlı işləri yerinə yetirən qurumdur. Agentliyin bu sahədə fəaliyyətinə, həmçinin aparılan satınalma proseduruna aidiyyəti orqanlar tərəfindən dövlət nəzarəti həyata keçirilir və bu günə qədər bununla bağlı hər hansı bir qanunazidd əməllərə yol verilməsi faktı müəyyən edilməmişdir.

 

Lakin daxil olmuş müraciətdə yol tikintisi sahəsində hər hansı bir mütəxəssis rəyinə əsaslanmadan avtomobil yollarının çəkilişində, tikinti işlərinin həyata keçirilməsi üçün müəssisələrin müəyyən edilməsində, həmçinin təmir işləri ilə əlaqədar maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsində  qanun pozuntusuna yol verildiyi barədə əsassız ittihamlar qeyd edilmişdir.

 

Bundan başqa qeyd edirik ki, vətəndaş Kərimov Samir Adil oğlu əmək hüquqlarının pozulduğu barədə rəsmi qayda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etməmişdir.

 

Sözügedən məsələ ilə bağlı Agentliyə müraciət daxil olsaydı, həmin müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müfaqi olaraq baxılaraq, nəticəsi barədə vətəndaşa məlumat verilməklə hüquqları izah olunardı.

 

Bununla belə nəzərinizə çatdırılır ki, “17 №-li Yol İstismar” MMC-də sürücü işləmiş  Kərimov Samir Adil oğlunun barəsində əmək və icra intizamını dəfələrlə pozduğuna, həmçinin üzrsüz səbəbdən işə çıxmadığına görə əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş sənədlər əsasında intizam tənbehi tədbirlərinin görüldüyü, lakin vətəndaşın bunlardan nəticə çıxarmayaraq əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması hallarını davam etdirdiyinə görə cəmiyyətin müvafiq əmri ilə əmək müqaviləsinə xitam verilmişdir.

 

Kərimov Samir Adil oğlunun işlədiyi müddətdə əmək məzuniyyətindən tam olaraq istifadə etdiyindən və əməkhaqqısı vaxtlı-vaxtında ödənildiyindən vətəndaş qarşısında “17 №-li Yol İstismar” MMC-nin maliyyə öhdəliyi qalmamışdır.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam