Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

17 saylı Yİİ-nin rəisi büdcənin “altından girib üstündən çıxır”-ŞOK İDDİA

 

Yenixeber.org: Hər kəsə bəllidir ki, 2018-ci ilin iyunun 2-də uzunluğu 76 metr olan Göyçay körpüsünün 20 metrlik hissəsi çay daşqını nəticəsində uçdu və bir neçə günə həmin hissə bərpa olunsa da, iyunun 30-da yenidən körpüdə çökmə prosesi baş verdi. Xatırladaq ki, Göyçay çayı üzərində avtomobil körpüsünün uçması səbəbindən, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə cinayət işi qaldırılmışdı. Cinayət işinin başlanmasına əsas səbəb, Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb qeyri-qanuni fəaliyyət göstərmələri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub. Aparılan araşdırmalar zamanı müəyyən olunur ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş bir çox MMC-lər, o cümlədən “ATF” MMC də 316 800 manat məbləğində təbiətə ziyan vurur. Bu MMC Göyçay çayının məcrasını 30 metr dərinliyində dərinləşdirir və həmin yerdə kortəbii şəkildə çınqıl-beton zavodları inşa etdirir ki, bu da körpünün uçmasına əsas səbəb olur. Belə bir səbəb üzündən də, dövlətə təqribən 3 milyon manat ziyan dəyir. Qeyd edək ki, “ATF” firmasının direktoru Azad Muradov adlı şəxsdir və o, Göyçay rayonu ərazisində daha çox Ramiz Mehdiyevin və Ziya Məmmədovun adamı kimi tanınır. Belə ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və rəhbəri Fəxrəddin Muradov, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunur. Belə olan halda bu şəxsi MMC-nin rəhbərliyində qardaşı əvəz edir. Məsələnin maraqlı tərəfi o olur ki, “ATF” MMC-nin təsisçisi və rəhbəri Fəxrəddin Muradov həbs olunsa da, o, müəyyən vaxtdan sonra azadlığa qovuşa bilir.

Başqa bir məqamı da qeyd edək ki, Saleh Məmmədov Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsini icra etdiyi vaxtdan indiyə kimi, ölkəmizin yol infrastrukturu sahəsində heç bir ciddi islahat, heç bir müsbət addım atmayıb. Faktdır ki, bu qurumun tabeliyində fəaliyyət göstərən yol istismarı idarələri indiyə kimi üzərinə düşən vəzifələri dolğun şəkildə yerinə yetirməklə məşğul olmayıblar, əksinə onlar ayırılmış büdcə vəsaitlərinin “altına girib üstünə çevirmək”lə məşşğul olublar. Bu sırada Avtomobil Yolları Dövlət Agentliyi, Göycay17 saylı Yol İstismarı İdarəsinin adı birincilər sırasında çəkilir. Məsələn, söylənilənlərə görə bu idarənin cavan və enerjili rəisi “ATF” firmasının direktoru olan Azad Muradovun qardaşı oğlu Tehran Muradovdur və o, təkcə 2018-ci ildə Göyçay şəhərinə asfalt örtük vurulması məqsədilə ayırılmış 645 000 manat pulu elə bir formada “həzmi-rabedən” keçirir ki, həmin pulun nə izi, nə də tozu qalır. Bəzi çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, belə bir məbləğdə pula “əl qoyan” şəxslərdən biri də, məhz Göyçay Maliyyə İdarəsinin rəisi Firdovsi Rəhimov olur. Düşündürücü haldır ki, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və Muradov soyadını daşıyan belə bir şəxslər əlbir olduqlarından, bu gün də onlar külli miqdarda mənimsəmələri həyata keçirə bilirlər. Məsələn, hansısa ərazidə yol çəkmək üçün tender elan olunur və tenderdə iştirak edən firmalar öz təkliflərini verirlər. Tutaq ki, ilkin seçimdən 4 şirkət keçir və qaliblər yol çəkilişinə, hansısa işləri görməyə başlayırlar. O halda Göycay17 saylı Yol İstismarı İdarəsinin cavan və enerjili rəisi Tehran Muradovun bəxti “gül açır”. Çünki, bu şəxs daha çox gəlir əldə etmək üçün, məhz idarənin balansında olan texnikaları tenderdə “qalib çıxan” şirkətlərə məxsus işləri görməyə imkan yaradır. Buna da əsas səbəb, gündəlik həmin texnikalar vasitəsilə külli miqdarda gəlirlərin əldə olunmasıdır. Onu da vurğulayaq ki, həmin texnikalarla kənar işlər görülərkən onlardan hansısa biri xarab olarsa, hansısa problem əmələ gələrsə, o halda texnikaların təmiri idarənin büdcəsi hesabına ödənilir. Bu da külli miqdarda büdcə vəsaitlərinin “havaya sovrulması” demək olur.

Bütün bunlar onu göstərir ki, bu gün bir şəbəkə halında birləşmiş Saleh Məmmədov və Muradov soyadını daşıyan şəxslər, dövlətin büdcə vəsaitlərinə elə bir formada qənim kəsiliblər ki, bu haqda məlumatı olanlar “ya kar, ya da ki, kor olurlar”. Məhz, belə bir səbəblər üzündəndir ki, hazırda Göycay17 saylı Yol İstismarı İdarəsinin cavan və enerjili rəisi Tehran Muradov, məhz daşıdığı vəzifəsindən “ikiəlli yapışıb” büdcə vəsaitlərini “tarmar etmək”lə, rəhbərlik etdiyi idarənin texnikalarından təyinatı üzrə deyil, məhz şəxsi məqsədlərinin həlli üçün istifadə edir. Belə bir halların varlığı cinayət əməli yaratsa da, əslində Saleh Məmmədov “dayağı” Tehran Muradovu hər cür təhlükədən sovuşdura bilir. Çünki,...(xeberfakt.az)
Bu yöndə araşdırmamız davam edəcək.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam