Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ZƏNGƏZURU NECƏ QOPARDILAR? –Birinci Pyotrdan Stalinədək...

 

İlham Əliyev: “Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün Türk dünyasını parçaladı”

Yenixeber.org: Azərbaycan torpaqlarında erməniləri yerləşdirmək siyasətinin əsası hələ 1-ci Pyotrun dövründə qoyulmuşdur. 1722-ci ildə 1-ci Pyotr Azərbaycana yürüşündən sonra 1724-cü ildə Bakı və ətraf ərazilərdə erməniləri yerləşdirmək haqqında fərman imzalamışdır. Rus imperiyasının siyasi elitası Quzey və Güney Qafqazda müsəlmanların, əsasən də türklərin yaşamasını heç cür həzm edə bilmirdilər.

1813-cü ildə imzalanan Gülüstan sülh müqaviləsindən dərhal sonra Azərbaycan ərazisinə ilk olaraq almanları yerləşdirməyə başladılar. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra isə ermənilərin və rusların kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı.

Güney Qafqazda erməni məskənləri istisna olmaqla, 34 rus kəndi salınmışdı ki, onun da 30-u Azərbaycan torpaqlarında idi.

10 fevral 1828-ci il Türkmənçay sülh müqaviləsindən 2 ay keçməmiş Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayəti yaradıldı. Bütün bunlar Azərbaycanda yaşayan əhalini müsəlman türk dünyasından ayırmağa hesablanmışdı. Belə ki, xristian alman, erməni, rus köçkünlər Azərbaycanın qərbindən, Qazax-Gədəbəydən başlayaraq güneyində İmişli-Biləsuvara qədər yerləşdirilmişdi ki, gələcəkdə Azərbaycan torpaqları ilə ilk növbədə Türkiyə arasında olan əlaqəni tamamilə kəssinlər.

Bütün bəlalarımızın, Zəngəzur da daxil olmaqla, indiki Ermənistan ərazisinin bizdən qoparılması, Naxçıvanın ayrı düşməsi, Qarabağ problemi, 1918-1920-ci illərin soyqırımlarının əsası o zamandan qoyuldu.

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əsasən, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq blokadanı aradan qaldırmalı, bütün nəqliyyat, kommunikasiyalar, ən əsası, Naxçıvanla Azərbaycan arasındakı Zəngəzur dəhlizi bərpa olunmalıdır.

Nədənsə istər Azərbaycanda, istərsə də Ermənistanda, eləcə də dünyada ən çox müzakirə olunan mövzu Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində dediyi “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik” sözləri bütün dünyada rezonans doğurmuş, hətta bir çox ölkələrin KİV-lərində Azərbaycanın Zəngəzuru Ermənistandan zorla, müharibə yolu ilə alacağına dair yazılar yazılmış, ciddi müzakirələr bu gün də getməkdədir. Lakin cənab Prezident öz çıxışında dəfələrlə vurğulamışdır: “Baxmayaraq Ermənistan dövləti bütövlükdə Azərbaycan torpaqlarında yaradılmışdır, bizim Ermənistana ərazi iddiamız yoxdur. Sadəcə, biz tarixi ədalətsizliyi bərpa etməklə həm Azərbaycan xalqının, həm erməni xalqının və bütövlükdə bölgənin inkişafına töhfə vermək istəyirik”.

Yuxarıda qeyd etdiyim kimi, 1-ci Pyotrun zamanından bəri bizi bizdən qoparmaq, Türkiyə ilə Azərbaycanın quru əlaqəsini kəsmək üçün bu dövlətlər arasında bufer dövlət olaraq Ermənistanı yaratmaqla nail olmağa çalışırdılar və buna qismən nail olmuşlar.

 

 

Zəngəzur ərazisi qədimdən həmişə Azərbaycanın tərkib hissəsi olmuşdur. Zəngəzurun ərazisi 6,7 min kv km. olmaqla Azərbaycanın Qafan (Qapan), Gorus, Qarakilsə (Sisyan), Mehri, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsini əhatə edirdi. Əhalisinin 72%-ni müsəlman türklər və kürdlər, 28%-ni ermənilər təşkil etməklə 149 türk, 91 kürd və 81 erməni kəndi olmuşdur. Yenicə yaranmış Azərbaycan dövlətinin ordusunun olmamasını, paytaxt Bakı da daxil olmaqla, ərazinin yarıya qədərinin daşnak və bolşeviklərin əlində olmasını fürsət bilən ermənilər Zəngəzuru ələ keçirməyə çalışırdılar ki, hər tərəfdən türk torpaqları ilə əhatə olunmuş dövlətlərinin sərhədini İrana birləşdirsinlər. Bundan başqa həvəsində və iddiasında olduqları Naxçıvan torpaqlarını ana Azərbaycandan ayrı salsınlar və Qarabağın dağlıq hissəsi ilə həmsərhəd olsunlar ki, gələcəkdə sözügedən əraziləri Ermənistana birləşdirsinlər. Nəticədə, ermənilər Zəngəzur ərazisində mövcud olan 240 müsəlman kəndindən 115-ni tamamilə məhv etdilər, 10-12 min əhali soyqırıma məruz qaldı, sağ qalan əhali bölgəni tərk etdi.

Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə və Azərbaycan torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq təkcə ermənilərin arzusu deyildi, eyni zamanda, onların havadarları Rusiya, ABŞ, Fransa və başqa dövlətlərin arzusu idi. Amma Zəngəzurun Azərbaycandan qoparılmasında V.Lenin, İ.Stalin, Orconikidize, Çiçerin əsas rol oynamışlar. Hətta əvvəllər Zəngəzurun ərazisini bütövlükdə Ermənistana vermək istəsələr də, nədənsə məsələ 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)PMK siyasi və təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarda Zəngəzur bölgəsi 2 hissəyə bölündü: 6,742 kv verstlik ərazinin çox hissəsi, yəni 3,637 kv verstlik ərazi Ermənistana, 3,105 kv verstlik ərazi isə Azərbaycana qaldı.

Hələ 1920-ci il noyabrın 16-da İ.Stalin Vladiqafqazdan V.Leninə göndərdiyi şifrəli teleqramda yazırdı: "Əgər Türkiyə Ermənistanda qalarsa, o zaman Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasını vurmaq lazımdır".

Göründüyü kimi, bütövlükdə Ermənistan olmaqla, Zəngəzur Türk dünyası ilə Azərbaycan arasına vurulmuş “pazdır”.

Bundan başqa, Azərbaycan xalqının bir nömrəli düşməni Z.Balayan özünün "Ocaq" kitabında Zəngəzur yolunu "Turan yolu" adlandırır və bu yolun bağlanmasını zəruri sayırdı. Nəzərə alaq ki, Z.Balayan "Ocaq" kitabını 80-ci illərdə, sovet dönəmində yazıb. Ermənilər Azərbaycana düşmənçilik etməklə öz oturduqları budağı kəsdilər. Belə bir atalar məsəli var: “Pazı pazla çıxararlar.”

Prezident İlham Əliyevin müdrik, uzaqgörən, dahiyanə siyasəti nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Ermənistan ordusu darmadağın edildi və iqtisadiyyatı 30% geri atıldı. Bütün parametrlərə görə Ermənistan Azərbaycandan dəfələrlə geri qalır. Məsələn, 2020-ci ildə Ermənistanda 35 min uşaq doğulub, 36 min insan ölüb, 44 günlük müharibədə 7 mindən çox cavan insanlarını itiriblər, təxminən 10 min yaralıları var. Ermənistan siyasi elitası və sıravi vətəndaşları anlamalıdırlar ki, Ermənistan dövlətinin mövcudluğu Azərbaycan ilə sülh şəraitində yaşamaqdan və kommunikasiyaların açılmasından keçir.

Prezident İlham Əliyev hələ 2009-cu il 3 oktyabr tarixində Türkdilli dövlətlərin Zirvə görüşündə bildirmişdi ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi Türk dünyasının parçalanması idi. Azərbaycan torpağı olan Zəngəzur yenidən türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Cənab Prezident İlham Əliyevin dediyi kimi, Zəngəzur dəhlizi xoş-zor açılacaq. Əgər Ermənistanın faşist, revanşist dairələri buna mane olsalar, Azərbaycanın əlində erməniləri güzəştə getməyə vadar edəcək kifayət qədər imkanlar var. Məsələn, biri hal-hazırda ermənilərin birtərəfli qaydada Gorus-Qafan yolunun Azərbaycana aid 21 km-lik hissəsindən dəhliz kimi istifadə etməsini məhdudlaşdırmaq, ikincisi Laçın dəhlizini bağlamaq, və.s

Heç kimdə şübhə olmasın ki, Azərbaycan dövləti qarşısına qoyduğu bütün məqsədlərə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi nəticəsində çatacaq.

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam