Azərbaycan prezidenti Şuşa şəhərinin “İsgəndər” raketləri ilə atəşə tutulması ilə bağlı Kremldən rəsmi izahat gözləyir. Rusiya onları Ermənistana göndərmədiyini bəyan etsə də Azərbaycanda hesab edirlər ki, Şuşada tapılan raket mühərrikinin nömrəsi onun rusiyalı hərbçilər tərəfindən işə salındığını göstərir.
Yenixeber.org: “Kommersant” qəzetinin 08.09.2018-ci il tarixli nömrəsində dərc olunmuş məqalə ilə tanış olsaq, cavabın üzrə olduğunu görmək olar. “Nikol Paşinyan Kremlin qarşısında dayanacaq” sərlövhəli məqalə Vladimir Putinlə yaxınlarda hakimiyyətə yiyələnmış Nikol Paşinyan arasındakı gərgin münasibətlərə həsr olunub.
Robert Köçəryanın həbsi, general Yuri Xaçaturovun məhkəmə təqibi və “Cənubi Qafqaz Dəmir Yolu” Səhmdar Cəımiyyətinin Yerevan ofisində axtarış səbəbindən münaqişəli münasibətlərin müzakirəsilə yanaşı Ermənistana silah tədarükündən də bəhs olunur.
2016-cı ildə Yerevan “Smerç” reaktiv yaylım atəşi sisteminin onlarla buraxılış qurğusunu, “İqla-C” daşınan komplekslərin, “Avtobaza-M” yerüstü radiotexnika kəşfiyyat kompleksini və 200 milyon dollarlıq digər texnika alıb.
Qəzetin hərbi mənbəyi bildirib ki, 2016-cı ildə Ermənistan 9M723 raketlərilə “İsgəndər-M” operativ-taktiki raket komplekslərin divizionunu alıb.
“De-yure bu, raket texnologiyalarının yayılması haqqında müqaviləni pozur, çünki bu raketlərin hədəfi məhvetmə məsafəsi 300 kilometrdən çoxdur”, – mənbə etiraf edib.
Moskvada belə bir addım atmağa məcbur olublar: daha çox hücum silahı arsenalına malik Azərbaycanla hərbi paritet üçün Ermənistana təcili operativ-taktiki raket kompleksləri lazım idi. Ermənistan üçün “İsgəndər-E” ixrac modifikasiyasının yaradılmasına vaxt tələb olunurdu ki, Bakı Dağlıq Qarabağa hücum etməyi qərara aldığı təqdirdə buna vaxt yox idi”, – məqalədə bildirilir.
Bu yazı “İsgəndər-M”in Ermənistanda necə olması və Azərbaycana qarşı necə tətbiq olunması məsələsinə aydınlıq gətirir.
Lakin insident bitməyib, tərəflər arasında yaranmış yeni vəziyyət ətrafında “sıx müzakirələr” gedir”, – ötən gün Putinin mətbuat katibi bildirib. /Turan