Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"ŞUŞANI AZAD ETDİKDƏN SONRA İKİ YOLUMUZ VAR İDİ..." -"Rusiya bizə “qırmızı çizgiləri” göstərdi, ancaq..."

Politoloq Elxan Şahinoğlu: "Sadə vətəndaşlar sual verirlər ki, cinayət işi açdığımız Araik Arutunyan necə olur ki, hələ də sərbəstdir və Azərbaycan ordusuna qarşı yeni hərbi istehkamlar qurur?

Yenixeber.org: “Şuşanı azad etdikdən sonra iki yolumuz var idi”. 

Bu sözləri politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. 

Onun fikrincə, birinci yol Şuşada yerləşən ordunun Xankəndinə daxil olması və erməni separatçıların yerdə qalanı mühasirəyə alınmaqla məsələnin birdəfəlik həll edilməsi idi. İkinci yol isə bir qisim şərtlərimizin yerinə yetirilməsi qarşılığında Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verilməsi idi: “Əlbəttə, biz birinci yola üstünlük verirdik. Məqsədimiz Dağlıq Qarabağda müxtəlif fasilələrlə 100 ildən çoxdur davam edən separatizmin kökünü birdəfəlik kəsmək idi. Bu zaman Azərbaycan qanunlarını qəbul etməyən mülki ermənilər üçün dəhliz saxlamalıydıq ki, onlar Dağlıq Qarabağı tərk etsinlər. 

İndiki şərtlər altında hansısa erməninin Azərbaycan qanunlarını və pasportunu qəbul edəcəyini zənn etmirəm. Hamısının beyinləri zəhərlənib, sağalmağa hələ çox vaxt var. Demək ermənilər bölgəni tamamən tərk edəcəkdilər. Yəni, birinci ssenariyə görə ordumuz itkilər verərək Xankəndinə daxil olur, Kəlbəcər, Laçın və Ağdamdakı yerdə qalan separatçıları məhv edir və bununla tarixi problemi həll etmiş oluruq”.

Ekspert son versiya ilə bağlı “Rusiya buna seyrçi qalacaqdımı?” deyə sual edir: “Ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi və separatçılığa başlayaraq əbədi olaraq azərbaycanlılara problem yaradılması Rusiyanın layihəsidir. Rusiya bu layihəsindən imtina edərdimi? Şuşanın azad olunmasından sonra Rusiya bizə “qırmızı çizgiləri” göstərdi və gün ərzində təzyiq artdı. Ancaq biz bu təzyiqə rəğmən, işi bitirməliydikmi və işi bitirsəydik bizi hansı problemlər gözləyəcəkdi? Dağlıq Qarabağda erməni qalmasaydı Rusiya və Qərb ölkələri bizi etnik təmizləmədə ittiham edəcəkdilər. Hətta bu ittihamları göz önünə alaraq Türkiyə ilə məsləhətli şəkildə sona qədər getməliydikmi?

E.Şahinoğlu hesab edir ki, bu sualları sonsuza qədər uzatmaq olar. Ona görə də mümkün təhlükələr və risklər göz önünə alınaraq ikinci varianta üstünlük verildi və işin içində Türkiyə də var idi: “Digər tərəfdən, biz hətta istədiklərimizin tamamını əldə etsəydik belə müharibədə qaliblə məğlub arasında ilkin razılıq əldə etmək üçün vasitəçi dövlətə ehtiyac yaranacaqdı. Çünki Naxçıvanla dəhliz və sərhədlərin müəyyənləşməsi üçün təminatçı dövlət mütləq olmalıydı. Rusiya bir başqasının təkbaşına vasitəçi olmasına imkan verməyəcəkdi. Laçının, Kəlbəcərin, Ağdamın azad olunması, Ermənistanla sərhədin müəyyənləşməsi və Naxçıvana dəhlizin açılması şərtilə Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verildi. Ancaq bu qərarın qəbulu zamanı da bilinirdi ki, işimiz tam bitmədi və gələcəkdə bizi başqa problemlərin həlli gözləyəcək”.

Politoloqun fikrincə, bu problemlər özünü gözlətmədi və sayı hər gün artır. Yeni mərhələdə bu problemlərin həllini Türkiyə ilə birgə sürətləndirməliyik: “Erməni separatçıları tam tərk-silah olunmalı, azərbaycanlılar Şuşanın bütün kəndlərinə, Xocalıya və Xankəndinə qayıtmalı, bölgədə Azərbaycan qanunları işləməlidir. Aydındır ki, bu, bir gün və bir ay içində baş verməyəcək. Separatizmlə mübarizəni çoxşaxəli şəkildə davam etdirməliyik. Başqa alternativimiz yoxdur. 

Sadəcə, rəsmilərimiz müharibə günlərində olduğu kimi cəmiyyətə mövcud vəziyyəti izah etməli, bu mərhələdəki problemləri necə həll edəcəyimizi anlatmalıdırlar. Məsələn jurnalistlər və sadə vətəndaşlar sual verirlər ki, cinayət işi açdığımız Araik Arutunyan necə olur ki, hələ də sərbəstdir və Azərbaycan ordusuna qarşı yeni hərbi istehkamlar qurur? Və ya Rusiya niyə erməni separatçılarını tərksilah etmir? Əlbəttə, bu suallara siyasi ekspertlərin müxtəlif cavabı var, ancaq rəsmi cavab variantı da səslənməlidir ki, cəmiyyət narahatlıq içində olmasın. Bir sıra suallara indiki şərtlər daxilində cavab verməyin çətin olduğunu anlamaq mümkündür. Ancaq susmaq da çıxış yolu deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam