Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İnformasiya savaşında məğlub olan Ermənistan –erməni yalançılığının süqutu

İnformasiya savaşında məğlub olan Ermənistan – erməni yalançılığının süqutu

Ermənistan noyabrın 10-da işğal etdiyi ərazilərdən çıxacağı barədə bəyanatı imzalamaqla döyüşdə uduzduğunu etiraf edib.

Yenixeber.org: Adətən müharibədə, döyüşlərdə tərəflər bir-biri ilə həm də informasiya savaşı aparır. Ancaq bu savaş cəmiyyətə yalan, saxta məlumstlar sırımaqla olmamalıdır. İnformasiya müharibəsi cəmiyyətdə ruh yüsəkliyi yaratmaq, düşməni məyus edən məlumatlar yaymaqdır. Çünki ötürülən yalan məlumatlar perspektivdə cəmiyyəti məyus edə bilər.

Ermənistan cəmiyyətinin məyus, kinli, hiddətli və bədbin olmasının səbəblərindən də biri hakimiyyətin yalanla dezinformasiyanı səhv salması olub.

Erməni hakimiyyəti bu davranışı ilə öz cəmiyyətini aşağılayıb və təhqir edib. Yalan üfürülməsi ilə şişmək cəmiyyətin faciəsidir.

44 günlük döyüşlər zamanı cəmiyyətə üfürülən yalanların müəllifləri Ermənistanın hökuməti başçısı Nikol Paşinyan, müdafiə naziri David Tonoyan, nazirliyin sözçüsü Arsurun Ovannesyan, qurumun mətbuat katibi Şuşan Stepanyan, xarici işlər naziri Zöhrab Mnasakanyan, nazirliyin mətbuat katibi Anna Naqdaliyan, Ermənistan prezidenti Armen Sarkisyan, parlamentin sədri, deputatlar, baş nazirin müavinləri və s. Başqa sözlə hakimiyyətin bütün nümayəndələri Ermənistan cəmiyyətinə və dünya inctimaiyyətinə döyüşlərin gedişi ilə bağlı yalan informasiya ötürüblər.

Nikol Paşinyan
Nikol Paşinyan

 

Bu həm də ölkənin hərbi-siyasi rəhbərliyi və mediasının informasiya siyasətinin yalan üzərində qurulduğunun göstəricisidir. 44 günlük hərbi əməliyyatlar dövrü Ermənistanın hərbi-siyasi rəhbərliyinin və mediasının öz xalqını feyk məlumatlarla, saxtakarlıqlarla aldatmasını əyani şəkildə nümayiş etdirdi.

Onların informasiya siyasəti bütün vasitələrlə Azərbaycanın qələbəsinin inkarçılığı üzərində qurulmuşdu. İşğaldan azad edilən rayonda Azərbaycan bayrağı dalğalandığı halda Ermənistanın təbliğat maşını bunu təkzib edirdi.

Ermənistan tərəfindən döyüş əməliyyatlarının coğrafiyası və nəticələri barədə uydurmalar o həddə çatdı ki, müstəqil informasiya kanallarına, sosial şəbəkələrə müharibə bəhanəsilə çıxışı qapadılmış sadə ermənilər hətta Ermənistan ordusunun Bakıya çatdığını zənn etməyə başladılar.

Hakimiyyət maniken qızlara hərbçi uniforması geyindirməklə erməni gənclərində müharibə ovqatını yaratmaq istəyir, onları döyüşə getməyə həvəsələndirirdilər. Hətta Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenə hərbi geyimdə göründü. O, bu davranışı ilə elə təəsürat yaradırdı ki, guya o başına bir qrup erməni qadını toplayıb, Azərbaycan əsgərinə qarşı döyüşə gedir. Ancaq o və oğlu Aşotun Yerevandan kənara çıxmadığı da sirr deyildi.

Bu cür yalan maşınının fəaliyyəti nəticəsində xeyli sayda erməni gənci yalnız döyüş bölgələrinə gətiriləndə necə aldadıldıqlarının fərqinə varmağa başladı.

Ermənistanda sosial media ciddi nəzarətə götürüldü. Müharibəyə qarşı çıxanlar təqib və həbs edildi, bütün müxalif saytlar bağlandı, müstəqil səslər boğuldu, hakimiyyət mediası, müstəqil ekspert kimi təqdim edilən hakimiyyətyönümlü influenser davamlı olaraq cəmiyyətə feyklər ötürdü. Sosial şəbəkələrdə trollar “erməni zəfəri” və “erməni döyüş rurhundan” yazmaqla mənsub olduqları etnik qrupun “böyüklüyünü” sırımağa çalışdılar.

Teleqram kanallarında Baqramyan-26, Aram Qabrielyanovun təsiri altında olan Semen Peqovun “Wargonzo” layihəsi tipli müxtəlif feyk maşınları erməni xalqını mümkün olduqca həqiqətdən kənar saxladı. “Wargonzo” saxta və yalan reportajları ilə Ermənistan cəmiyyətinin başının altına yastıq qoyaraq, onu təhqir edib.

Bu resurslar Azərbaycan Ordusunun hər qələbəsini, şəhər, qəsəbə və kəndləri azad etməsini saxtakarlıqla ört-basdır etməyə, Ermənistan silahlı qüvvələrinin geri çəkilməyə məcbur edilməsini guya taktiki addım kimi izah etməyə çalışdı.

Baş nazir Nikol Paşinyandan Ermənistan Müdafiə Nazirliyinin təmsilçiləri Şuşan Stepanyana, Arsrun Ovannisyana və başqalarına qədər hamı hər gün yalan danışdı, yaradılmış informasiya vakuumunda bu, müvəqqət səmərə versə də, son nəticədə hər şeyin üstü açıldı. Ovannisyan saxta informasiyalarının qurbanı oldu.

Ermənistan cəmiyyətinin ən çətin günündə ona yalan sırıyan Paşinyana etimad qalmayıb. O, başçılıq etdiyi hökumətdə, o cümlədən hərbi strukturda kadr dəyişikliyi aparsa da, ordu rəhbərliyində həbslər həyata keçirsə də cəmiyyətin inamını qaytara bilmir.

Döyüşlərdə ölən əsgər anaları artıq üzə çıxan yalanlara görə hakimiyyətdən hesabat istəyirlər. Hökumət isə itkilərinin sayını hələ də gizlədir. O, Azərbaycanın təhvil verdiyi erməni hərbçilərinin meyitlərini almaqdan imtina edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyi və mediası bu gün etimad limitini də itirib və rüsvayçılıqla üzləşib.

Ermənistandan və dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin Laçında, Kəlbəcərdə və Azərbaycanın işğal altında olmuş bir sıra rayonlarında yerləşdirilməsi də həmin yalanların məntiqi nəticəsidir.

Cəmiyyətə yalnız Ermənistan hakimiyyəti deyil, müharibədə iştirak etdiyini iddia edən müxalifət təmsilçiləri də yalan danışıb. Hazırda Ermənistanda ən məşhur müxalifət nümayəndəsi sayılan, milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, Vətən Partiyasının lideri Artur Vanesyan guya “Vətən” adlı silahlı dəstəsi ilə Şuşada “qəhrəmanlıq” göstərdiklərini bildirir. Onun dediklərindən belə çıxır ki, atəşkəs haqqında bəyanat imzalanmasaydı, onun başçılıq etdiy dəstə “torpaqları geri qaytaracaqmış”. Halbuki onun dəstəsi Azərbaycan əsgəri tərəfindən darmadağın edilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev bu müddətdə bütün çıxışlarında və xarici mediaya 30-a yaxın müsahibəsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalanlarını ifşa etdi, feyk məlumatlara inanmamağı həm də Ermənistan ictimaiyyətinin diqqətinə çatdırdı.

Beləliklə, Ermənistan 44 günlük döyüşləri həm də informasiya sahəsində uduzdu. Düzdür, xislətinə görə ermənilər yalan danışmaq ustasıdır. Bu xasiyyət onların göstəricisidir. Yalan danışmağı, oğurluq etməyi, fırıldaq gəlməyi bacarmayan erməni sayılmaz. Bunu bizdən əvvəl rusiyalı fikir adamları deyib. Yalanlar üzərində qurulan saxta tarix “yaradan” etnosun nümayəndləri adətlərinə xilaf çıxmayaraq döyüşlər zamanı öz cəmiyyətlərini də aldatdı. Əvvəllər ermənilərin yalanlarının bazarı olurdu. Məsələn, saxta soyqırım iddiaları, “Qarabağda ermənilərin yaşaması”, ermənilərin “böyük etnos olması” və b. uydurmaların sifarişçiləri var. Bu yalanları onlar hələ ki, “yeridirlər”. Döyüşlər barədə məlumatların isə sifarişçisi erməni cəmiyyətidir. Hakimiyyətin ona yalan danışması dramatik hadisələrə səbəb ola bilər. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam