Ermənistanın dezinformasiyası -ermənilərin faciəsidir
Son döyüşlər Ermənistan ordusu və erməni vətənsevərliyi barədə yaranan, yaradılan mifi darmadağın etdi. Məlum oldu ki, ermənilərin özləri barədə formalaşdırdığı bütün üstünlüklər sabun köpüyüdür. Bu həm də ermənilərin uydurduqları “tarix"in də saxta olduğunu təsdiqləyir.
Yenixeber.org: Ermənistan hakimiyyəti öz vətəndaşlarını aldadaraq döyüşlərin nəticəsi barədə yalan məlumat verirlər. Məğlubiyyətini ört-basdır etmək istəyən rəsmi Yerevan Azərbaycana qarşı saxta məlumatlar yayır. Bununla da guya ictimai rəy formalaşdırırlar. Ancaq onların Azərbaycan barədə yaydıqları bütün “məlumatlar”ın saxta olduğu çox keçmədən ifşa olunur. Bu isə ermənilərə inamı azaldır.
Bu ölkənin dövlət rəsmiləri, prezidenti, baş naziri, müdafiə naziri və başqalarının hadisələrlə bağlı yalan danışması erməni ictimaiyyətinin də onlara inamına zərərsiz ötüşmür. Bu vəziyyət döyüşlər bitdikdən sonra mövcud hakimiyyət üçün başağrısı olacaq. Yalan və saxtakarlıq üzərində qurulan təbliğat çox qısa müddətdə ifşa edilir.
Ermənistanın hakimiyyət dairələri hərbi əməliyyatlar başlayandan iddia edir ki, guya suriyalı yaraqlılar Azərbaycan tərəfdən döyüşlərə qatılır. Erməni tərəfi guya suriyalı yaraqlıların Azərbaycan sərhədçilərinin formasında döyüşdüyünü bildirib. Bu yalanı Ermənistan ordusunun döyüş qabiliyyətinə məsuliyyət daşıyan, müdafiə naziri David Tonoyan uydurur. Ancaq oktyabrın 26-da Ermənistanın müdafiə naziri David Tonoyanın erməni əsgərləri ilə görüşündən çəkilmiş fotoşəkillər bu erməni yalanını darmadağın edib. Həmin fotoşəkillərdə David Tonoyanın yanında məhz Azərbaycan sərhədçilərinin hərbi formasında olan erməni əsgər əyləşib, başqa bir əsgərin isə şalvarı həmin formadandır. Bu, erməni tərəfinin öz əsgərlərinə belə forma geyindirərək guya suriyalı hərbçilərin Azərbaycanda döyüşməsinə dair yalan, saxta videolar çəkməsini bir daha təsdiqləyir. Məlumat yayıldıqdan dərhal sonra erməni teleqram kanalları xəbəri sildilər. Ermənistan müdafiə nazirliyinin rəsmisi Şuşan Stepanyan isə xəbəri saxlasa da, məhz həmin geyimdə şəxslərin yer aldığı şəkli sildi. Bu, bir daha erməni tərəfinin özü-özünü ifşa etdiyini, şəkilləri silməklə özlərini təmizə çıxarmaq cəhdlərini göstərir. Bu, Ermənistanın müdafiə naziri Tonoyan və onun başçılıq etdiyi qurumun cəfəngiyyat və yalan məlumatlar yaymaqla məşğul olduğunu təsdiqləyir.
Yeri gəlmişkən, bir müddət əvvəl ermənilər ərəbcə danışan bir nəfərin “video"sunu yaymışdı. Ermənistan rəhbərliyi iddia edirdi ki, guya bu, “Azərbaycana gətirilən terrorçudur”. Ancaq belə səs yazısını hazırlamaq elə də çətin deyil. Bu saxta məlumatın hazırlanmasında Fransa və belə xəbərləri yayan dövlətlərin də əli olduğu istisna edilmir. Həmin ölkələrin liderləri bu uydurmaları “fakt” kimi beynəlxalq ictimaiyyətə sırımağa çalışır. Ancaq rəsmi Bakı Azərbaycanın torpaqlarını işğaldan azad etməyə, Ermənistanla döyüşməyə kifayət qədər qüvvəsi olduğunu və başqa dövlətlərin yardımına ehtiyacı olmadığını dəfələrlə bildirib. Lakin Ermənistana humanitar atəşkəs rejimində silah-sursat, hərbi texnika və canl qüvvə ilə yardım edilməsinə dair Azərbaycanın əlində çoxsaylı faktlar var. Elə Ermənistan ordusunun itirdiyi və qoyub qaçdığı hərbi texnikanın sayını açıqlamaq ermənilərə yardımların edilməsini təsdiqləyir.
Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb. Dövlət başçısı düşmənin 252 tankının məhv edildiyini bildiirb: “53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma yenə də hələ ki tanklar var. Piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. Toplam 106. 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, 2 “Uraqan”, 2 YARS (Yaylım Atəş Raket Sistemi), 1 TOS məhv edilib. 4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və 1 KRUQ zenit-raket kompleksi, 2 “S-125” zenit-raket kompleksi məhv edilib. Ən bahalı qurğulardan olan 6 “S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator məhv edilib. Əməliyyat-taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” məhv edilib. 1 “Toçka-U” raketi məhv edilib. 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.
Ermənistan və havadarları Azərbaycana qarşı yalan və iftiralar yaymaqla erməni cəmiyyətinə ruh verməyə çalışır. Ancaq indi informasiya əsridir. Ermənistan cəmiyyətinin alternativ məlumat almaq imkanı da var. Odur ki, onların həqiqəti bilməsi nəticəsində xaricdə hazırlanıb ölkə daxilində reallaşan informasiyalar saxtalığı üzə çıxarır. Döyüşdə uduzan Ermənistan saxta, yalan “məlumatları”, şayiələri ilə öz cəmiyyətini alçaldır, onun səviyyəsini nümayiş etdirir. Bunların yalanı 40 gün sonra aşkarlanacaq. Onda Ermənistan cəmiyyəti övladının özgə torpağında başqalarının marağının təmin olunmasına görə öldüyünü anlayacaq.
Beləliklə, erməni liderlər 200 ilə yaxındır öz cəmiyyətini aldadır. Onlar öz yalanları ilə beynəlxalq ictimaiyyəti də ələ salmağa çalışır. Yalanlarla ermənilərə faciə yaşadırlar. (report)