Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Kərəm Həsənovdan soruşmaq lazımdır ki, bu qədər pul sənin bacında haradandır?” –Hikmət Hacızadə

“Təəssüf ki, insanlar rasional düşünmək əvəzinə, belə cəfəng işlərlə məşğuldur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları Kərəm Həsənovun bacısının əlində o qədər vəsaitin necə toplanmasını araşdırsınlar. Soruşmaq lazımdır ki, bu qədər pul hardandır ki, falçıya verirsən? Əslində, bu sualı hakim verməlidir. Bəlkə, falçı inkar edəcək ki, pul almayıb, çünki bunu sübut etmək lazımdır. Rəna Ağarzayeva o qədər pulu notarius vasitəsilə verməyibsə, sübut etmək çətin olacaq. Bunlar mövhumatın yaratdığı tragikomediyadır”.

Yenixeber.org: Bu sözləri politoloq Hikmət Hacızadə Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovun bacısının falçıya külli miqdarda – yarım milyon manat pul verməsi barədə məhkəmə çəkişməsini şərh edərkən bildiririb.

Hikmət Hacızadə Kərəm Həsənovun illərdir vəzifədə qaldığını xatırladaraq bildirib ki, onun karyera yüksəlişi sual doğurur. "Nəzərə alın ki, Kərəm Həsənov kiçik vəzifə daşımayıb, ölkənin əmlakına nəzarət edirdi. Soruşmaq lazımdır ki, sənin bacında bu qədər pul hardandır belə axmaq iş üçün xərcləyir. Deməli, onlar üçün milyon xırda puldur”, - politoloq bildirib. 

 

 

Xatırladaq ki, Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq Ceyhun Zeynallı tərəfindən aldadıldığını bildirir. Məhkəmənin qərarı ilə Zeynallı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hallarına hüquqi qiymət verilməsini təmin etmə) təqsirləndirildiyi bildirilib. Həmin maddənin 3.2. bəndi isə bu əməlin külli miqdarda ziyan vurmaqla törədilməsi hallarını əhatə edir.

Məhkəmə hökmündə qeyd olunub ki, Rəna Ağarzayevanın iddiası əsasında 201900094 saylı cinayət işin başlanmasının səbəbi ona məxsus 397 min manatın mənimsənilməsidir.

Məhkəməyə göndərilən təqdimatda deyilir ki, Şəfəq İsmiyeva etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Ceyhun Zeynallı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində “İnstagram” sosial şəbkəsində “baxıcı” adlı səhifə açıb.

O, özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiyada yaşayan Dmitri adlı baxıcı kimi təqdim edib, kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Bu məqsədlə Şəfəq İsmiyeva ona müraciət edən Rəna Ağarzayevanın etibarından sui-istifadə edərək 2017-ci ildən 2020-ci ili əvvələrinə kimi ondan 397 min manat pul mənimsəyib: "Başlanan cinayət işi üzrə məhkəməyə göndərilən təqdimata görə, Şəfəq İsmiyeva Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə 397 min manatın mənimsəyib".

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam