Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Arif Hacılı 72 saxta diplomu Almaniyada 36 min avroya satıb- FOTOFAKT

Arif Hacılı 72 saxta diplomu Almaniyada 36 min avroya satıb - FOTOFAKT

Müsavat partiyasının mühacir biznesi ilə məşğul olmasını sübuta yetirən ciddi faktlar ortaya çıxıb
Yenixeber.org: Eks-müsavatçıların bildirdiyinə görə, bu yaxınlarda Müsavat başqanı Arif Hacılı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərə qatılmaq üçün Frankfurt şəhərinə səfər edib. Hacılının Almaniyaya getməsində məqsəd heç də AXC-nin yubiley tədbiri olmayıb. Belə ki, Müsavat başqanı ölkədən gedərkən özü ilə Avropada saxta mühacir statusu almaq istəyən şəxslərə satmaq niyyətilə 72 ədəd “diplom” aparıb.

Məlumata görə, Arif Hacılı həmin diplomların hər birini 500 avro qiymətinə satıb və ümumilikdə 36 min avro qazanc əldə edib. 

“Müsavata xidmətlərinə görə təltif olunan” şəxslər əsasən bu diplomlar vasitəsilə Avropada oturum almaq istəyən və mövqelərini daha da möhkəmləndirmək üçün istifadə edənlər olub. Diplom satışından əldə etdiyi vəsaitin bir hissəsini A.Hacılı partiyanın Avropadakı "işçilərinə" paylayıb, pulun qalan hissəsi Ankaraya səfər zamanı xərclənib. Yerdə qalan məbləğ isə A.Hacılını müşayiət edən partiya fəalları Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı və Nüşabə Sadıxlı arasında bölüşdürülüb.

Mənbənin iddiasını gücləndirən məqamlardan biri “diplom”un paylanılması barədə xəbərlərin partiyaya aid saytlarda və sosial şəbəkələrdə işıqlandırılmamasıdır. Belə ki, tədbirin rəsmi hissəsi canlı yayımlarla təqdim edilsə də, əsas məsələ - “mükafatlandırılma” hissəsi heç bir yerdə qeyd olunmayıb. 







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam