Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müsavatçıların gizli planı -Arif Hacılı yola salınır

Müsavatçıların gizli planı - Arif Hacılı yola salınır
Müsavat partiyasının növbəti dəfə qurultay keçirəcəyi gözlənilir. Qurultay bu il üçün nəzərdə tutulsa da, hələlik konkret vaxt müəyyənləşməyib.

Yenixeber.org: Partiyadakı mənbələrin bildirdiyinə görə, qurultay öncəsi Müsavatda maraqlı hadisələr baş verməkdədir. Güman edilir ki, hazırkı başqan Arif Hacılı növbəti qurultayda postu ilə vidalaşacaq.
Onun partiya funsionerləri tərəfindən dəstəklənmədiyi, bu səbəbdən Müsavatın müxalif düşərgədə gücsüz bir təşkilata çevrildiyi bildirilib.

Xatırlayırsınızsa, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılı ard-arda müavinləri Elman Fəttah, Tofiq Yaqublu və Yadigar Sadıqovu tutduqları postdan uzaqlaşdırdı. Səbəb kimi isə hər üç şəxsin partiyadakı fikir ayrılığına görə istefa verdiyi göstərildi. Amma bu istefalar da Müsavatı, daha doğrusu Arif Hacılını düşdüyü ağır durumda xilas edə bilmədi. Hazırda partiya daxilində fikir ayrılıqları daha da şiddətlənib və Arif Hacılı partiyaya nəzarəti itirməkdədir. O, növbəti qurultaydan sonra postu ilə birdəfəlik vidalaşa bilər.

Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, hazırda Müsavatda ikitirəlik yaranıb. Belə ki, sabiq müavinlər Elman Fəttah, Yadigar Sadıqov və Divan üzvü Alya Yaqublu növbəti qurultayda Tofiq Yaqublunun başqan seçilməsi üçün fəaliyyətə başlayıblar. Onun növbəti qurultayda nüfuzunu itirmiş Arif Hacılı qarşısına daha güclü çıxması üçün əllərindən gələni edirlər. Mənbənin sözlərinə görə, hazırda partiyada Arif Hacılını qardaşı Mustafa Hacıbəyli və Gülağa Aslanlıdan başqa heç kim müdafiə etmir.

Görünür, tarix yenidən təkrarlanacaq. Növbəti qurultaydan sonra Müsavat ya yenidən parçalanacaq, ya da yeni başqanla yoluna davam edəcək.(azvision) 

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam