Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Arif Hacılının oğurluğu, "Azəri Günel" kişi çıxdı -FOTOFAKT

 

Arif Hacılının oğurluğu, "Azəri Günel" kişi çıxdı - FOTOFAKT
Bir neçə gün əvvəl Müsavatın Məclis üzvü Vasif Sadıqbəylinin başqan Arif Hacılıya etiraz olaraq partiyadan istefa verməsi, Rəsul Quliyevin maliyyələşdirdiyi Gələcək Azərbaycan Partiyasına (GAP) keçməsi barədə xəbər vermişdik.
Yenixeber.org Məlum hadisələr fonunda eks-müsavatçılarla partiyanın hazırki üzvləri arasında söz davası bir neçə gündür ki, davam edir, tərəflər bir-birilərini ifşa etmək üçün sanki sıraya düzülüblər. Bu məqamda Müsavat rəhbəri Arif Hacılığı və onun azsaylı tərəfdarları barədə maraqlı faktlar üzə çıxıb.

Eks-müsavatçıların AzVision.az-a verdiyi məlumata görə, Arif Hacılının 7595 üzvü olan "Facebook" səhifəsi oğurluqdur. Belə ki, həmin səhifə 21 yanvar 2012-ci ildə ““UA” Cehenemin bekcileri” adı ilə yaradılıb. 6 iyul 2016-cı ildə isə səhifə oğurlanaraq Arif Hacılının adına dəyişdirilib və Müsavat başqanı hələ də həmin "Facebook" səhifəsini işlədir.



Digər bir maraqlı məqam isə Müsavatın sosial şəbəkədə əsas dəstəkçisi olan “Basta” səhifəsi ilə bağlıdır. Hazırda 100 mindən artıq üzvü olan səhifə 12 dekabr 2009-cu ildə “AZERİ GÜNEL” adı ilə qeydiyyatdan keçib. 19 yanvar 2016-cı ildə səhifə ələ keçiriləcək “AZERİ Basta” olaraq dəyişdirilib. 26 yanvar 2016-cı ildə isə “Basta” adını alıb.



Göründüyü kimi hər iki səhifə müsavatçılar tərəfindən oğurlanaraq özününkiləşdirilib. Özlərini sosial şəbəkə "fenomeni" hesab edən Arif Hacılı tərəfdarlarının daha çox diqqət çəkmək və izləyici yığmaq üçün "Facebook"-a qız adları daxil olduqları deyilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam