Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Ölkədə dələduzluq “akademik” həddə çatıb

 

Hüquqşünas: “Kriminologiya elmində artıq təsdiq olunub ki, insanların maddi vəziyyətinin aşağı düşməsi ümumən cinayətlərin artmasına səbəb olur”

Yenixeber.org: Ölkədə son zamanlar dələduzluq halları çoxalıb. Bunu rəsmi statistikaya nəzər saldıqda da görmək olar. Belə ki, 2016-cı ildə Azərbaycanda 26611 cinayət faktı qeydə alınıb ki, bunun da 13560-ı iqtisadi sahədə baş verən cinayətlərdir. Cinayətlərdən 7193-ü oğurluq, 325-i soyğunçuluq, 165-i quldurluq, 4373-ü dələduzluq, 148-i mənimsəmə və ya israf etmə, 442-si digər cinayətlər, 914-ü iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdir. 2015-ci ildə isə Azərbaycanda 6338 oğurluq, 3660 dələduzluq faktı qeydə alınıb.

Xüsusilə də əmlak alqı-satqısı zamanı daha çox dələduzluq hallarının yaşandığının şahidi oluruq. Bu kimi problemlərlə bağlı vətəndaşlar tərəfindən redaksiyamıza da çoxsaylı müraciətlər olub.

Vəziyyət o həddə gəlib çatıb ki, hətta Azərbaycan Milli Elmlər Akademiyasında çalışan hüquq elmləri üzrə fəlsəfə doktoru da dələduzluqda ittiham olunaraq həbs edilir.

Bəs ölkədə dələduzluq hallarının çoxalmasının səbəbi nədir?

Image result for Əsabəli Mustafayev

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev dələduzluq və oğurluq hallarının artmasının səbəblərini açıqlayıb. Hüquqşünas hesab edir ki, bu cür cinayətlərin çoxalmasının səbəbi ilk növbədə insanların maddi vəziyyətlərinin aşağı olması ilə bağlıdır: “Kriminologiya elmində artıq təsdiq olunub ki, insanların maddi vəziyyətinin aşağı düşməsi ümumən cinayətin artmasına səbəb olur. Azərbaycanda da bu, daha çox özünü dələduzluq, oğurluq, talama kimi cinayətlərdə göstərir. 

Məsələyə həm də cinsi mənsubiyyət baxımından da yanaşarsaq, bunun mənbəyinin maddi durumla bağlı olduğunu görərik. Bildiyiniz kimi, ölkədə işsizlik daha çox qadınlar arasındadır və kişilər qadınlarla müqayisədə əmək fəaliyyəti ilə məşğuldurlar. Ona görə də dələduzluq cinayətləri qadınlar arasında daha geniş formada yayılıb. Burada bir məqam da var ki, dələduzluq cinayətin daha asan formasıdır. Yəni burada xüsusi vasitələrdən və digər bu kimi şeylərdən istifadə olunmur. Sadəcə olaraq, ona etibar etmiş adam tapmaq kifayətdir. O cümlədən də oğurluq cinayəti də çoxalıb. Diqqət etsək görərik ki, ölkədə artan oğurluq cinayətləri, daha çox xırda və orta oğurluq əməlləridir. Oğurlanan əşyalar çox da qiymətli olmurlar. Bu cinayətlər əsasən qrup halında və xüsusən də gənclər arasında geniş yayılıb. Qrup halında oğurluq hadisəsinin baş verməsi isə ağırlaşdırıcı haldır və daha ciddi məsuliyyətə səbəb olur. Ona görə də hesab edirəm ki, maddi durum bu cinayətlərin baş verməsində əsas nüansdır”.

Hüquqşünas bildirib ki, insanlar arasında hüquqi biliklərin zəif olması da dələduzluq hallarının artmasına səbəb olan faktorlardandır:

“Həm zərərçəkmişlər, həm də cinayət törədən şəxslər öz əməllərinin nəticələrini tam görə bilmirlər. Hətta dələduzluğun qurbanı da nəyəsə nail olmaq üçün həmin əməliyyata gedir və aldanır. Ya işə düzəlmək, yaxud da faiz ödəmək adı ilə cəlb edilmə daha geniş yayılıb. Əgər insanlarda hüquqi biliklər olsaydı, zərərçəkmişlər tələb edə bilərdilər ki, əməliyyatlar rəsmi qaydada aparılsın və notariusda təsdiq edilsin. Borc verirlər, alqı-satqı edirlər və problemlər ortaya çıxır. Birinci sözlə razılaşırlar, sonra problemlə üzləşirlər. Ona görə də vətəndaş bu cür əməliyyat zamanı işi rəsmiləşdirməlidir. Hüquqi biliklərin zəif olması həmçinin məsuliyyət hissinin azalmasına da gətirib çıxarır. İnsanlar öz addımlarının nəticəsini əvvəlcədən hesablaya bilmirlər. Görünür, bu məsələlərdə kütləvi informasiya vasitələri daha aktiv olmalı və geniş fəaliyyət göstərməlidirlər ki, insanlar məlumatlı olsunlar. Sadaladıqlarım bütün dünyada qəbul olunmuş standartlardır. Vətəndaşda hüquqi biliklər nə qədər zəifdirsə, qurban olmaq, cinayət törətmək riski o qədər də artıq olur”.

Ə. Mustafayev qeyd edib ki, ölkədə pul münasibətlərinin rəsmiləşdirmə işləri çətindir. Bu isə əlavə problemlərə və son nəticədə dələduzluq hallarına yol açır:

“Bir çox əməliyyatlarda pul münasibətləri çətin olduğu üçün müəyyən problemlər yaşanır. Ola bilsin ki, bu cür əməliyyatların hamısının rəsmiləşdirilməsi bugünkü gündə tam mümkün deyil. Bu səbəbdən də dələduzluq halları baş verir. Tutaq ki, ev, maşın alqı-satqısının etibarnamə əsasında həyata keçirilməsini qeyd edə bilərik. Burada çox ciddi sayda dələduzluq halları yaşanır. Məsələn, etibarnamə ilə mülkü satır, sonra isə bildiyi halda ki, bu onun tam mülkiyyətində deyil, gedir hansısa əməliyyat edir, mülk əlindən alınır. Xüsusilə də avtomobil alqı-satqısı zamanı işin rəsmiləşdirilməsi bir qədər vaxt aparan və maliyyə vəsaiti tələb eləyən məsələdir. Bu məqamların qarşısını almaq üçün həmin sahədə əməliyyatları sadələşdirmək lazımdır. Bu məsələdə bürokratik əngəllər aradan qaldırılmalıdır. Çünki məhz bu kimi məsələlərdə tərəflərdən biri qurbana, biri də dələduza çevrilir. Ona görə də prosesi o qədər sadələşdirmək lazımdır ki, tərəflər rəsmiləşdirmədən qaçmasınlar. Hazırda ölkədə 90 faiz avtomobillər etibarnamə əsasında satılıb. Eyni zamanda tez-tez rastlaşırıq ki, avtomobili etibarnamə ilə satan adamın sonradan hansısa bankla problemi çıxıb və məhkəmə əmlaka həbs qoyub. Nəticədə etibarnamə ilə avtomobil alan şəxs də mülkiyyətindən məhrum olur. Bunları hökumət təhlil edib, lazımi tədbirlər görməlidir. Məsələ uzun zamandır ki, müzakirə edilir. Lakin çox təəssüf ki, hələ ki hər hansı bir tədbir görülməyib”.

Image result for Mahmud Hacıyev

Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a bildirib ki, qanunvericilikdə müəyyən dəyişikliklər nəzərdə tutulub: “Burada əsas məsələ başqa bir şəxsin etibarını qazanaraq, onu aldatmaqdır. Hüquqi tərkibdə dəyişiklik edilməsi düşünülür. Artıq bu, proyekt halında Prezident Administrasiyasına da təqdim olunub. Nəzərdə tutulur ki, dələduzluq halında əgər dəymiş zərər qarşı tərəfə tam ödənirsə, cinayətə xitam veriləcək. Əvvəllər belə idi ki, istintaq başlayırdı, məhkəmə gedirdi. Dələduzluqda ittiham olunan şəxs zərərin bir qismini ödəyib, yarısını ödəməyəndə məhkəmə onu ittiham edirdi. İndi isə belə qərara gəliblər ki, istintaqın gedişatında zərər tam ödənilərsə, cinayətə xitam veriləcək. Dələduzluğun qarşısını almaq üçün qanuna hansısa düzəliş etmək mümkün deyil. Çünki bu, insan psixologiyası ilə bağlı olan məsələdir. Bəli, son 15 ildə ölkədə dələduzluq halları həddindən artıq çoxalıb. Hətta Respublika Prokurorluğunun kollegiyasında da qərar verilib ki, bu tipli cinayət tərkibli materiallara diqqətlə baxılsın və məruzə edilsin. Diqqət edilməlidir ki, cinayət işi açılsın, ya yox. Ona görə də ciddi araşdırma aparılır. Çünki bütün bu tipli materiallara cinayət işi qaldırılarsa, respublikada cinayətlərin ümumi sayında xeyli artım olar. İstər Bakıda, istərsə də bölgələrdə bu tipli əməllərə cinayət işi qaldırılarsa, o zaman ümumi cinayət sayında 10 minə yaxın artım olar. Bu isə məmləkətdə o qədər də başucalığı gətirmir. Ona görə məsələyə ciddi yanaşılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam