Azərbaycanlı ekspert ABŞ mətbuatında yazdı:"Naxçıvandakı ordu Ermənistanı darmadağın edə bilər"
Zaur ŞİRİYEV,
Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) elmi əməkdaşı
EurasiaNet (ABŞ), 16.08.2017
Yenixeber.org: Azərbaycan hökuməti Naxçıvan eksklavında silahlanmanın önəmli artımını həyata keçirir, bununla ərazinin həm Azərbaycan, həm də onun düşməni Ermənistan üçün strateji dəyərini yüksəldir.
Naxçıvan Azərbaycanın qalan hissəsindən Ermənistan ərazisinin bir parçası ilə ayrılıb, amma Dağlıq Qarabağla – iki dövlət arasında sürən münaqişənin episentri ilə həmsərhəd deyil. Bununla belə, Azərbaycan ərazisinin bu hissəsi İrəvana və Ermənistan ərazisinin digər strateji hədəflərinə daha yaxın yerləşib. Uyğun olaraq, hər şeyə əsasən tammiqyaslı müharibənin təzələnməsi təhlükəsinin artımı nəzərə alınmaqla Naxçıvana diqqət də çoxalır.
Azərbaycan hökuməti üçün daha bir strateji mülahizə budur ki, prezident İlham Əliyevin ailəsi əslən bu yerlərdəndir.
Azərbaycan Naxçıvanda əlahiddə ordu qruplaşması (xüsusi təyinatlılar) kimi tanınan yeni bölmə yaradıb. Hökumət həmçinin eksklavda hava hücumundan müdafiənin yeni sistemlərini, raket və artilleriya, o cümlədən “Qasırğa”, “Qasırğa” T-300 və “Sakarya” raket kompleksləri yerləşdirib.
Burada hər il Türkiyə ilə birgə hərbi təlimlər də keçirilir. Müdafiə naziri Zakir Həsənov iyunda son təlimlər zamanı deyib: “Düşmən bilməlidir ki, Naxçıvan ən peşəklar ordu tərəfindən qorunur”.
1990-cı illərin başlanğıcında Qarabağ münaqişəsinin qızğın dövründə Naxçıvanda da toqquşmalar baş verib, amma sonralar nisbətən sakitlik olub.
Son zamanlar atəş əsasən Qarabağda təmas xətti boyunca və yaxın ərazilərdə baş verir. Lakin sonradan durum dəyişməyə başlayıb və 2016-cı ilin aprelində ağır döyüşlər zamanı Naxçıvanın Ermənistanla sərhədində bir neçə toqquşma baş verib. Bundan başqa, Azərbaycan 2016-cı ilin avqustunda kəşfiyyat pilotsuzunu vurub və Azərbaycan tərəfinin sözlərinə görə, aparat Ermənistana məxsus idi.
“Düşmən bilməlidir ki, Naxçıvana münasibətdə fitnəkarlıq halında biz güclü cavab verəcəyik və bir neçə dəqiqə ərzində Ermənistanın böyük şəhərlərinin hamısına hücum ediləcək, – Həsənov keçən il aprel döyüşlərindən dərhal sonra deyib. – Hamıya məlumdur ki, Naxçıvanın müdafiəsi ən yüksək səviyyədə təşkil olunub, Naxçıvanı ən peşəkar ordu qoruyur”.
Ermənistan Naxçıvanda silahlanmanın artımını diqqətlə müşahidə edir. Erməni analitik Hrant Məlik-Şahnəzəryan deyib: “Biz sadəcə xatırlamalıyıq ki, hərbi əməliyyatların təzələnməsi təhlükəsi qarşısındayıq və düşmən tərəfindən təcavüz istənilən istiqamətdən törədilə bilər”.
Naxçıvanda hərbi gücün artırılması, təxminən, Həsənovun bölgənin hərbi rəhbərliyı sıralarında yerdəyişmələr keçirdiyi 2003-cü ildə başlanıb, prezident Əliyev isə eksklavda hərbi qüvvələrin möhkəmləndirilməsi haqda sərəncam inzalayıb.
Hazırda Naxçıvanda 20 minə yaxın hərbçi (ümumi ordunun, təxminən, 67 min əsgəri müqabilində), 400-ə yaxın zirehli nəqliyyat, təyyarələr, hava hücumundan müdafiə və artilleriya sistemləri əsaslanıb.
Azərbaycan zabitlərindən biri anonimlik şərti ilə EurasiaNet.org-a deyib ki, vurğu tamamilə kəmiyyətə deyil, keyfiyyətə edilir. Zabit bildirib: “Şəxsi heyətin sayı dəyişilməyib – yaxşılaşma qüvvələrin daxili strukturu və güvənliyə təhdid halında qərarların qəbul edilməsində böyük muxariyyətlə bağlıdır”.
Güclənmədə əsas rollardan birini Türkiyə yardımı oyanyıb. Ankara 1921-ci il Türkiyə və Sovet İttifaqı arasındakı Qars müqaviləsinə uyğun Naxçıvanın güvənliyinin təminatı üzrə üzərinə götürdüyü öhdəliklər çərçivəsində hərəkət edir.
Azərbaycan türk hərbçilərlə illik təlimlərə əlavə olaraq hərbi oyunçu qismində Türkiyənin bölgədəki statusunu artırmağa cəhd edib. Məsələn, Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin orada üçtərəfli görüşünü keçirib. Bundan savayı, yüksəkçinli türk hərbçiləri və yaxud müdafiə məsələləri ilə məşğul olan mülki şəxslərin bütün səfərlərinə Naxçıvanda mütləq dayanmağı ehtiva edən centlmen razılaşması da əldə olunub.
Silahanmanın artımı keçən ildən sürətlənib. Ermənistan Rusiyanın güclü, Bakıya, həmçinin Azərbaycanda neft infrastrukturu və digər strateji hədəflərinə zərbə endirməyi mümkün edən “İskəndər” ballistik raketlərini əldə etdikdən sonra Bakı əks-hücum üçün əməliyyat meydanı kimi Naxçıvanın önəmini daha tez-tez xatırlatmağa başlayıb. Naxçıvan sərhədi İrəvanın cəmi 60 km-liyindədir, deməli, (90 km və 100 km-dən 120 km-ədək mənzilli) Azərbaycan “Qasırğa”ları Ermənistan paytaxtına qədər asanlıqla uça bilər.
“Naxçıvan ordusu istənilən vəzifəni icraya qadirdir, – prezident Əliyev eksklava yanvar səfəri zamanı deyib. – Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir avadanlıqlar, silah, döyüş sursatı burada əsaslanıb”.
Lakin, göründüyü üzrə, hər iki tərəf anlayır ki, bir paytaxtın bombardmanının ardınca dağıdıcı əks-hücum gələcək və buna görə də yalnız ən ifrat halda Naxçıvan ərazisindən zərbə endiriləcək.
Xüsusən də Naxçıvandan Ermənistana hücum İrəvanı KTMT-nin əsasnaməsinə uyğun olaraq Rusiyanın Ermənistan tərəfindən münaqişəyə müdaxiləsini tələb etməyə təhrikləndirə bilər ki, Bakı bundan olduqca yayınmağa səy edir.
Azərbaycan hökuməti Strateji Araşdırmalar Mərkəzinin analitiki Fuad Çıraqov deyir:“Tammiqyaslı müharibənin ən pis ssenarisində eksklavla Ermənistanın strateji hədəfləri və infrastrukturu arasındakı məsafə Naxçıvandan onun ərazisinə buraxılan raketlərin aşkarlanma, izlənmə, yaxalanma və məhv edilməsini Ermənistan üçün daha da çətinləşdirir”.
Amma o, əlavə edir: “Ermənistanın KTMT üzvü olduğu nəzərə alınsa, güman etmirəm ki, Azərbaycan Naxçıvandakı hərbi potensialından hücum üçün yararlanmaq planında əməliyyat meydanı kimi ilk addım atar”.
Tərcümə Strateq.az-ındır.