Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu vəhşilikdir!” -Türkiyəli deputat

 

 

“2 yaşlı bir uşağın qətl edilməsi əsla qəbul ediləcək bir şey deyil.  Heç bir savaşda uşaqlar, qadınlar və yaşlılar müharibənin iştirakçısı olmur. Ən ağır silahlarla həyata keçirilən müharibələrdə belə, uşaqlar müharibədən kənarda olur”.

Yenixeber.org:   Bu sözləri 2 yaşlı Zəhranın qətlə yetirilməsi olayına münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbəri Necdət Ünüvar deyib. O, Modern.az-a açıqlamasında bildirib ki, belə vəhşiliklər ermənilər tərəfindən dəfələrlə həyata keçirilib.

“Füzulidə 2 yaşlı bir körpəmiz şəhid oldu, həyatını itirdi. Bunu şiddətlə qınayıram. Bu ermənilər tərəfindən ilk dəfə həyata keçirilən əməl deyil. 25 ildən çoxdur Qarabağda, Xocalıda, fərqli nöqtələrdə ermənilərin törətdiyi uşaq qətliamlarının şahidi olmuşuq. Bu vəhşilikdir, bunu insanlığa yaraşdıra bilmirəm. Bu, Ermənistan ordusunun keçmişdə də tez-tez etdiyi əməllərdən növbətisidir. Keçmişdə də Xocalı ətrafında, Dağlıq Qarabağın işğal altındakı torpaqlarında buna  bənzər hadisələr yaşandı. 2 yaşında deyil, hətta körpələrin ana qarnında qətl edildiklərinin şahidi olduq.

Təəssüf ki, dünya belə mövzulara çox diqqətsiz yanaşır, görməzlik edir. Amma bunun nə qədər davam edəcəyini qəbul etmək mümkün deyil.

Bu məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat verdi. Hadisəni şiddətlə qınadığını ifadə etdi. Olay dünyanın fərqli platformalarında gündəmə gətiriləcək. Biz də mövzuları gündəmə gətirməyə davam edəcəyik.

Həm 2 yaşlı yavrumuzun, həm də onun nənəsininin ölümünə çox üzüldük. Allah onlara rəhmət etsin, məkanları cənnət olsun. Azərbaycanın başı sağ olsun. Biz hər zaman Azərbaycanın yanındayıq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam