Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Konserv zavoduna aparılan 500 kq ət müsadirə edildi –FOTOLAR

4unnamed1497001736

Yenixeber.org:   Bu gün Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xudat şəhəri, H.Əliyev küçəsi 29B,mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti,2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.

İlkin araşdırma zamanı Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib.

Avtomobildə aşkar edilmiş ətindən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilində aşkarlanan 500 kq çəkisində olan şaqqalara ayrılmış heyvan ətlərinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam