Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ağdamda at əti aşkarlandı -"011"ə doldurub satmağa aparırdılar - FOTO

 

Ağdamda at əti aşkarlandı -

 

Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ağdam rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi "Vaz 21011" markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib

Yenixeber.org: Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX)  verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunub.

Rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi minik avtomobilinin yük və salon yerinə necə gəldi yığılan, antisanitar şəraitdə daşınan, üfunətli iy verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

"Vaz 21011" markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobilində aşkar olunan, şaqqalara bölünən at cəmdəyi müayinələr başa çatana kimi müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilib.

Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam